Azərbaycan və Türkiyə arasında hərbi sahədə əməkdaşlığa dair iki müqavilə imzalanıb

Mayın 11-də İstanbulda Azərbaycan və Türkiyə arasında hərbi sahədə əməkdaşlığa dair iki müqavilə imzalanıb. İmzalanma mərasimində müdafiə sənayesi naziri Yavər Camalov, Türkiyənin müdafiə naziri Vəcdi Könül iştirak etmişlər. 
Birinci müqaviləni Y. Camalov və V. Könül imzalamışlar. Bu müqaviləyə əsasən, Azərbaycan Türkiyə müəssisələrində istehsal olunan 105 mm-lik top və MODERN piyada tüfənglərinin birgə istehsalı layihəsində iştirak edəcək.
İkinci müqavilə Türkiyə Makina və Kimya Sənayesi Təşkilatı (MKEK) ilə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi arasında imzalanıb. Müqaviləni Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin hərbi-texniki əməkdaşlıq departamentinin müdiri Fərrux Vəzirov və MKEK-in baş direktoru Ünal Önsahioğlu imzalayıblar.
Müqavilə çərçivəsində MKEK-in layihələndirdiyi 120 mm-lik çaplı minaatan birgə istehsal olunacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında