Vatikan Kitabxanasının məxfi arxivində Azərbaycana aid sənədlər tapılıb

Vatikan Kitabxanasının məxfi arxivində Azərbaycana aid sənədlər tapılıb. Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti Arif Həşimov deyib. 
O bildirib ki, ötən ilin yayında Vatikana göndərilən AMEA-nın Əlyazmalar İnstitutunun əməkdaşı Fərid Ələkbərov Vatikan Kitabxanasının məxfi arxivində araşdırmalar aparıb: "Hələlik məxfi arxivdə Azərbaycana aid 85 sənəd tapılıb. Onların alınması üçün AMEA-nın Rəyasət Heyəti bu gün qərar qəbul edib. Bu sənədlər min illik sənədlərdir. Sənədlərin içərisində Səfəvilər dövlətinin Vatikana yazdığı məktublar da var. Bu sənədlərin video surətləri alınacaq. Artıq bu işə razılıq verilib". A. Həşimovun sözlərinə görə, sənədlərin alınması üçün AMEA Vatikanın Azərbaycandakı nümayəndəliyi ilə əlaqə saxlayacaq və əməkdaşlıq haqqında memorandum imzalayacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında