Azərbaycan ilə Serbiya arasında münasibətlər yüksək səviyyədədir

Mayın 11-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Serbiyanın xarici işlər nazirinin müavini Zoran Vuyiç ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, E.Məmmədyarov bu yaxınlarda Serbiyaya səfərini xatırlatmışdır. Azərbaycan ilə Serbiya arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan nazir bunun həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində mövcud əməkdaşlıqda öz əyani təzahürünü tapdığını bildirmişdir. Bu əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu qeyd edilmişdir.
Qonaq ölkəmizə səfərinin Serbiya ilə Azərbaycan arasında əlaqələrin daha da genişləndirilməsinə təkan verəcəyini vurğulamışdır. Z.Vuyiç Serbiyanın Azərbaycan ilə yalnız neft sahəsində deyil, eyni zamanda qeyri-neft sektorunda da əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu demişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında