Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü xarici ölkələrdə də geniş qeyd olunmuşdur

Moskva
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin qonaq evində ümummilli lider, görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş təntənəli mərasim keçirilmişdir.
Mərasimdə Rusiyanın rəsmi şəxsləri, Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinin əməkdaşları, Azərbaycanla Dostluq Cəmiyyətinin üzvləri, bir sıra ölkələrin səfirləri, ali məktəb rektorları və ölkə ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Mərasim iştirakçıları ümummilli lider Heydər Əliyevin səfirliyin binasındakı barelyefinin qarşısına çiçəklər qoymuşlar. Daha sonra mərasimə gələn qonaqlara ziyafət verilmişdir.
Səfir Polad Bülbüloğlu Heydər Əliyev şəxsiyyətinin miqyasından, ulu öndərin yorulmaz fəaliyyəti sayəsində beynəlxalq aləmdə layiqli yer tutan suveren Azərbaycan dövlətinin təşəkkül tapmasında və möhkəmlənməsində onun rolundan söz açmışdır. Diplomat ümumxalq sevgisindən başqa heç nəyi olmayan böyük siyasi xadimin dağılmaq və vətəndaş müharibəsi təhlükəsi qarşısında olan Azərbaycana çox ağır bir dövrdə başçılıq edərək onu parçalanmaqdan xilas etdiyini söyləmişdir. "Heydər Əliyev müasir Azərbaycanın qeyd-şərtsiz memarıdır", - deyən P.Bülbüloğlu ulu öndərin Rusiya-Azərbaycan münasibətlərinin inkişafı və möhkəmlənməsindəki rolundan da danışmışdır.
Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, MDB-nin icraçı katibi Sergey Lebedev, Rusiya Federasiya Şurasının sədrinin müavini Svetlana Orlova və başqaları XX əsrin görkəmli siyasi xadimi barədə xoş xatirələrini bölüşərək ümummilli lider Heydər Əliyevin xalqına və ölkəsinə həmişə qəlbən bağlı olduğunu söyləmişlər.

{nl}

Asya HACIZADƏ AzərTAc-ın xüsusi müxbiri
Moskva

{nl}

Strasburq
Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyi xalqımızın ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə münasibətilə Strasburqda mərasim keçirmişdir.
Daimi nümayəndəliyimizdən bildirmişlər ki, yerli və xarici qonaqların, Azərbaycan diasporunun nümayəndələrinin qatıldığı mərasimdə ulu öndərin şərəfli həyat yolu və zəngin siyasi fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və inkişafı naminə gərgin əməyindən danışılmış, ulu öndərin misilsiz xidmətləri sayəsində ölkəmizin beynəlxalq aləmdə imicinin yüksəldiyi qeyd olunmuşdur.
Mərasimdə görkəmli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən stend hazırlanmışdır.

{nl}

Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri 
Paris

{nl}

Ankara
Azərbaycanın Türkiyədəki səfirliyi xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə təşkil olunmuş tədbirlər çərçivəsində Ankaranın Yeniməhəllə səmtində ulu öndərin adını daşıyan parkda xatirə mərasimi keçirmişdir.
Tədbirdə ictimaiyyətin nümayəndələri, səfirliyin əməkdaşları, Ankarada təhsil alan tələbələr, kursantlar, Polis Akademiyasının müdavimləri, Heydər Əliyevin adını daşıyan məktəbin şagird və müəllim kollektivləri, diasporumuzun və KİV-lərin təmsilçiəri iştirak etmişlər.
Ulu öndər Heydər Əliyevin abidəsinin önünə çoxlu sayda əklillər qoyulmuşdur. Abidənin önündə gənclər ümummilli liderimiz haqqında ürək sözlərini söyləmişlər.
Türkiyə-Azərbaycan Dərnəyinin sədri Sinan Oğan, Qazi Universitetinin professoru Əflatun Nemətzadə gənclərə ulu öndərin zəngin həyat və fəaliyyəti barədə ətraflı məlumat vermişlər.
Heydər Əliyev məktəbinin şagirdləri ulu öndər və Türkiyə-Azərbaycan qardaşlığı haqqında şeir və mahnılar səsləndirmişlər.

{nl}

Oqtay BAYRAMOV AzərTAc-ın xüsusi müxbiri 
Ankara

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında