"Azərbaycan ailəsi-2011" kinofestivalı çərçivəsində müsabiqəyə yekun vurulmuşdur

Heydər Əliyev Fondunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə "XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə" layihəsi üzrə keçirilən "Azərbaycan ailəsi-2011" kinofestivalı çərçivəsində müsabiqəyə yekun vurulmuşdur. 
Bu münasibətlə mayın 11-də Muzey Mərkəzində mükafatlandırma mərasimi keçirilmişdir.
AQUPDK sədrinin müavini Aynur Sofiyeva dövlət ailə siyasətinin həyata keçirilməsi istiqamətində milli mənəvi dəyərlərə söykənən ailə institutunun qorunub saxlanılması və möhkəmləndirilməsi üçün keçirilən kompleks tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini qeyd etmişdir. O, bu məqsədlə qurum tərəfindən artıq üçüncü ildir ki, təşkil edilən "Azərbaycan ailəsi" qısametrajlı filmlər festivalının ictimaiyyətin böyük marağına səbəb olduğunu diqqətə çatdırmışdır. Festivalın məqsədi ölkədə uğurla həyata keçirilən ailə siyasətini daha geniş işıqlandırmaq, ictimaiyyətin diqqət və səylərini ailənin cəmiyyətdəki statusunu yüksəltməyə yönəltmək və onun tərbiyəvi funksiyasının gücləndirilməsinə əlverişli şərait yaratmaqdır. Filmlər üçün mövzu seçimi zamanı cəmiyyətin diqqətinin ailə dəyərlərinə yönəldilməsi, ailəyə münasibətin daha da yüksəldilməsi, uşaqlara qayğı, eləcə də ailə problemlərinin daha səmərəli işıqlandırılması prinsipi əsas götürülmüşdür. Təqdim olunan işlərin qiymətləndirilməsi üçün xüsusi münsiflər heyəti yaradılmışdır.
Tədbirdə, həmçinin kinorejissor, xalq artisti Oqtay Mirqasımov, xalq artisti Amalya Pənahova, Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova çıxış etmişlər. Bildirilmişdir ki, ictimai həyatda baş verən dəyişikliklər ilk növbədə ailə institutunda öz əksini tapır. Bu baxımdan, ailənin nüfuzunun yüksəldilməsi, onun milli xüsusiyyətlərinin qorunub saxlanılması hər zaman ictimaiyyətin diqqət mərkəzində olan müzakirə mövzusudur. Kinofestivalın keçirilməsində də məhz bu fikir əsas götürülmüşdür. Bu mövzuda festivalın təşkil edilməsinin daha bir əhəmiyyəti müasir kinomuzun təbliği, eyni zamanda gənc rejissorların tanınması, onları bu mövzuda əsərlərin yaradılmasına həvəsləndirməkdir. Festivalın ictimaiyyətdə maraq doğurması, bu mövzuda kifayət qədər bədii və sənədli filmin təqdim olunması xalqımızın ailə dəyərlərinə yüksək münasibət bəsləməsinin bariz nümunəsidir.
Mərasimdə qaliblərə mükafatlar təqdim olunmuşdur.
"Ən yaxşı film" nominasiyası üzrə "İşıqlı zülmət" sənədli filmi (ssenari müəllifi və rejissoru Məhsim), "Axan sularla birgə" filmi (İradə Bağırzadə, Əli Həsənov), "Ən yaxşı televiziya proqramı" nominasiyası üzrə "Gender" TV proqramı (Lider TV) (Mətanət Ağamirli, Teymur Musaim), "Ən yaxşı tələbə filmi" nominasiyası üzrə "Bircə saat" filmi (Ayşad Səfərəliyev, Amil Məmiyev), "Affekt" filmi (Rüfət Kərimzadə), "Ən yaxşı xarici film" nominasiyası üzrə "Sehirli an" animasiya filmi (Roman Sokolov, Rusiya) "Xəyallarda səyahət" filmi (Tobias Rahm, Mark Tobias Vinderhagen, Almaniya) seçilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında