Həştərxanda xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsi anılmışdır

Rusiya Federasiyasının Həştərxan şəhərində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə bir sıra tədbirlər keçirilmişdir.
Həştərxanın Dövlət Qulluğu Akademiyasında "Əsirlərlə davam edən Rusiya-Azərbaycan əlaqələrində Həştərxanın rolu" mövzusunda "dəyirmi masa" keçirilmişdir.
Tədbirdə ölkələrimiz arasındakı iqtisadi və mədəni əlaqələr müzakirə olunmuş və münasibətlərin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır. Keçən il oktyabrın 27-də Həştərxanın mərkəzində ulu öndər Heydər Əliyevin abidəsinin açılışı, Azərbaycan dövləti tərəfindən ümummilli liderin adını daşıyan parkının yenidən qurulması, cari il mayın 18-dən 19-dək məhz bu şəhərdə Azərbaycan-Rusiya Dövlətlərarası Forumunun keçirilməsi Həştərxanın ölkələrimiz arasında əməkdaşlığının inkişafında oynadığı rolunun göstəricisidir.
Mayın 10-da ümummilli lider Heydər Əliyevin abidəsinin önündə dahi şəxsiyyətin anadan olmasının 88-ci ildönümü qeyd edilmişdir.
Tədbirdə Həştərxan vilayətinin və şəhərin rəhbərliyi, iş adamları, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşları, ictimaiyyətinin nümayəndələri, diasporun təmsilçiləri, burada yaşayan və təhsil alan həmvətənlərimiz iştirak etmişlər.
Əvvəlcə Azərbaycan dövlətinin memarı və qurucusu, görkəmli siyasi xadim Heydər Əliyevin abidəsinin önünə əklil və güllər qoyulmuş, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad edilmişdir.
Çıxış edənlər müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin şərəfli həyat yolundan, misilsiz xidmətlərindən, xüsusilə də ölkələrimiz arasında əməkdaşlığın inkişafı sahəsində səylərindən danışmışlar.
Tədbir geniş konsert proqramı ilə davam etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında