Heydər zirvəsinə yürüş başa çatıb

Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) "Ekosport" idman klubunun üzvlərinin Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının ekspedisiya qrupu ilə birgə Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən Heydər zirvəsinə yürüşü başa çatıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın APA-ya verdiyi məlumata görə, yürüş mayın 7-də Bakı şəhərindən başlayıb. Böyük Qafqaz dağ silsiləsinin Qızıl Qaya massivinin ətəklərində yürüş iştirakçıları çətin keçidləri olan zirvəyə qalxmağa hazırlıq üçün düşərgə qurublar: "Ekspedisiya üzvləri mayın 9-da qarşıya qoyulan məqsədə çatıb və dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən Heydər zirvəsinə qalxaraq ulu öndərin barelyefi önünə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar. Heydər Əliyevin ad günü ərəfəsində Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən Heydər zirvəsinə təşkil olunan yürüş artıq ənənəyə çevrilib və respublikanın müxtəlif bölgələrindən bu aksiyaya qoşulanların sayı ilbəil artmaqda davam edir".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında