Masallı: ulu öndərin xatirəsinə böyük ehtiramla

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Masallı rayonunda silsilə tədbirlər keçirilmişdir.
Ucqar dağ kəndi olan Xanalyonda elektron tipli yeni ATS-in açılışı olmuşdur. Rayon icra hakimiyyətinin nümayəndələri və qonaqlar kənd sakinlərini bu münasibətlə təbrik etmiş, kəndin ağsaqqal və ziyalıları isə göstərilən diqqətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
***
İyirmi illik fasilədən sonra rayonun 1-ci Səmidxan kəndinə təbii qazın verilişi bərpa edilmişdir. Açılış mərasimində çıxış edən kənd sakinləri buna hədsiz sevindiklərini söyləmiş və razılıqlarını bildirmişlər. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev kənd sakinlərini təbrik etmiş və rayonda aparılan abadlıq-quruculuq işlərindən danışmışdır. Kəndlərin mavi yanacaqla təmin edilməsini dövlət başçısının regionların inkişafına böyük qayğısı kimi dəyərləndirən natiq bildirmişdir ki, tezliklə Masallının bütün yaşayış məntəqələri təbii qaz alacaqdır.
***
Masallı şəhər 4 saylı orta məktəbdə ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş "Xəmsə" milli intellektual oyunu üzrə rayon birinciliyi keçirilmişdir. İcra hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı, gənclər və idman idarəsinin rəisi Camal Manafov, təhsil şöbəsinin müdiri Astan İbişov və başqaları iştirakçılara uğurlar diləmişlər.
Sonra bilik marafonuna start verilmişdir. Gərgin mübarizə şəraitində keçən yarışmada rayonun Çaxırlı kənd tam orta məktəbinin komandası 1-ci yeri tutmuşdur. E.Ağayev adına Hişkədərə kənd tam orta məktəbinin biliciləri 2-ci, Bala Kolatan tam orta məktəbinin təmsilçiləri isə 3-cü olmuşlar.
Qaliblərə və fərqlənənlərə rayon icra hakimiyyətinin təsis etdiyi kubok, medal və diplomlar verilmişdir.
***
Yeni yaradılmış Nizami Gəncəvi parkında ənənəvi "Kitab bayramı" təşkil edilmişdir. Tədbirdə ulu öndər Heydər Əliyevə və Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunmuş kitablar, eləcə də digər yeni poliqrafik məhsullar sərgilənmişdir.
Bayram iştirakçıları rayonun şair və nasirlərinin bədii nümunələrindən ibarət "Masallının söz çələngi" almanaxının təqdimat mərasiminə də qatılmışlar. Yeni nəşr olunmuş nəfis tərtibatlı bu almanaxda 106 müəllifin şeir, hekayə, esse və digər yazıları toplanmışdır. Mərasimdə ziyalılardan Ağalar İdrisoğlu, filologiya elmləri doktoru Füzuli Bayat, şairlər Məmməd Kazım və Nurməmməd Ağa çıxış edərək onların yaradıcılığına diqqətlə yanaşan rayon rəhbərliyinə və almanaxın işıq üzü görməsində zəhməti olan hər kəsə minnətdarlıqlarını bildirmişlər. Məktəblilərin ifasında topludan nümunələr səslənmişdir. Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev "Kitab bayramı", həmçinin almanaxın təqdimatı münasibətilə kitabsevərləri və yazarları təbrik etmiş, quruculuq işləri ilə bərabər, təhsil və mədəniyyət sahələrində qazanılan nailiyyətlərdən, istedadlı gənclərin yaradıcılıq imkanlarının artırılması üçün atılan addımlardan bəhs etmişdir. O, yaradıcı ziyalılarının uğurlarını ölkə rəhbərliyinin milli-mənəvi dəyərlərə diqqət və qayğısının nəticəsi kimi dəyərləndirmişdir.
Sonra almanaxda çıxış etmiş müəlliflərə yeni kitabın nüsxələri paylanmışdır. Bayram bədii özfəaliyyət kollektivlərinin təqdim etdikləri konsert proqramı ilə başa çatmışdır.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında