Sumqayıt gəncləri Heydər Əliyev ideyalarına sadiqdirlər

Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasətçi Heydər Əliyev Sumqayıt və sumqayıtlılardan qayğısını heç zaman əsirgəməmişdir. Hakimiyyətdə olduğu dönəmlərdə 16 dəfə Sumqayıta gələn ulu öndər ölkənin inkişafında bu şəhərin mühüm rolu olduğunu xüsusi vurğulamışdır.
Unudulmaz şəxsiyyət Sumqayıtın sakinləri, o cümlədən də gəncləri haqqında dəyərli fikirlər söyləmişdir. Heydər Əliyevin zəngin irsini dərindən öyrənən Sumqayıt gəncləri onun ideyalarını daim öz əməllərində gerçəkləşdirməyə və sabahımızın layiqli sahibləri olmağa çalışırlar.
Şəhər təhsil şöbəsinin iclas salonunda ümummilli liderin anadan olmasının 88-ci ildönümünə həsr olunan konfrans sumqayıtlı gənclərin Heydər Əliyev ideyalarına sədaqətinin daha bir ifadəsi idi.
Konfransı gənclər və idman baş idarəsinin rəisi Musa Həsənov açdı. Ulu öndərin xatirəsi bir dəqiqələk sükutla yad edildikdən sonra baş idarənin hazırladığı "Əsrin lideri" sənədli filmi göstərildi. Dahi şəxsiyyətin çoxşaxəli ictimai-siyasi fəaliyyəti, Sumqayıta səfərləri ilə bağlı fraqmentlər maraqla izlənildi.
Sonra məruzələr dinlənildi. Ayrı-ayrı gənclər təşkilatlarının nümayəndələri "Heydər Əliyev və dövlət siyasəti", "Elm və təhsilin inkişafı milli mənafeyə xidmət edir", "Heydər Əliyev və gənclərin xaricdə təhsili", "Ümummilli liderin dəyərli kəlamları", "Ulu öndərin idman siyasəti", "Heydər Əliyev və ana dili" kimi mövzularda məruzələrini təqdim etdilər. Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Sumqayıt təşkilatının sədri Ulvi Məmmədov və Milli Məclisin deputatı Leyla Abdullayeva məruzələrlə bağlı təəssüratlarını söylədilər. Dövlət gənclər siyasətinin aspektlərindən bəhs etdilər. Gənclər və idman baş idarəsinin rəisi Musa Həsənov sonda ildönümü ilə əlaqədar Sumqayıtda daha bir sıra maraqlı tədbirlərin keçiriləcəyini bildirdi.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında