Ümummilli liderimizin anadan olmasının 88-ci ildönümü Naxçıvanda da qeyd edilmişdir

Mayın 10-da ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü, ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da geniş qeyd edilmişdir. 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov xalqımızın böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu və xilaskarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül düzmüş, ulu öndərin xatirəsini ehtiramla yad etmişdir.
Azərbaycan Respublikasının dövlət himni səslənmişdir.
Nazirlik, komitə, baş idarə və müəssisələrin rəhbərləri, hərbi hissələrin komandirləri, elm, təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri də abidə önünə tər güllər düzmüşlər.
Tədbir iştirakçıları Heydər Əliyev Muzeyinə gələrək ulu öndərin həyat yolunu, çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxmışlar. Onlara məlumat verilmişdir ki, Heydər Əliyev Muzeyi ulu öndərin həyat və fəaliyyətinin, elmi-nəzəri irsinin, azərbaycançılıq ideologiyasının öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması kimi şərəfli missiyanı yerinə yetirir. Muzeydə nümayiş etdirilən eksponatlar ulu öndərin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallardan, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Ali Məclisin sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından, çəkilmiş portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarətdir. Muzeyin fondunda 3964 eksponat toplanmışdır ki, bu eksponatların əksəriyyəti ilk dəfə olaraq məhz burada nümayiş etdirilir. Heydər Əliyev Muzeyindəki eksponatlar ümummilli liderimizin zəngin dövlətçilik və ictimai-siyasi fəaliyyəti barədə dolğun təsəvvür yaradır. Burada nümayiş etdirilən ulu öndərimizin şəxsi əşyaları muzeyin ən dəyərli eksponatları sırasındadır. Muzeydəki monitorda ulu öndərin dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən sənədli filmlər nümayiş etdirilir. Heydər Əliyev Muzeyində kitabxana da fəaliyyət göstərir. İnternet saytından muzeyə virtual şəkildə baxmaq mümkündür.
Həmin gün Naxçıvan Muxtar Respublikasının bütün rayon mərkəzlərində ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə tədbirlər keçirilmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında