Nəsimi rayonunda Qələbə bayramı qeyd edildi

II Dünya müharibəsində faşizm üzərində tarixi qələbənin 66-cı ildönümü ölkəmizin hər yerində olduğu kimi Nəsimi rayonunda da böyük təntənə ilə qeyd edilmişdir. 
Əvvəlcə rayon ictimayyətinin nümayəndələri və müharibə veteranları S.Vurğun küçəsi ilə Vaqif prospektinin kəsişməsində yerləşən parkda əfsanəvi kəşfiyyatçı, həmyerlimiz Rixard Zorgenin abidəsi önünə əklil və gül dəstələri qoydular.
Sonra çay süfrəsi açıldı. Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev müharibə veteranlarını bayram münasibəti ilə təbrik etdi və onlara uğurlar arzuladı. O bildirdi ki, 1941-45-ci illərdə Azərbaycan da faşizm üzərində qələbə naminə əlindən gələni əsirgəməmiş bu ağır müharibədə yüz minlərlə azərbaycanlı cəbhələrdə rəşadətlə döyüşmüşdür. 66 il əvvəl dünyanı faşizm rəzalətindən xilas edən, xalqlara azadlıq gətirən insanlar dərin hörmətə və minnətdarlığa layiqdirlər. Biz bu gün həmin müharibədə həlak olaraq möhtəşəm qələbəni təmin etmiş insanların müqəddəs ruhu qarşısında baş əyirik.
N.Məhəməliyev ölkəmizdə II Dünya müharibəsi veteranlarının daim qayğı ilə əhatə olunduğunu və onların bütün problemlərinin vaxtında həll olunduğunu vurğuladı.
Sonra veteranlara maddi yardım verildi.

{nl}

Ayaz HƏMİDOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında