Dövlət Sərhəd Xidmətinə yeni sərhəd gözətçi gəmisi verilmişdir

Mayın 9-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) "Neftqaz-3" tipli gəminin Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin döyüş sıralarına qəbul edilməsi və gəmiyə xidmətin Hərbi Dəniz Bayrağının təqdim edilməsi ilə əlaqədar mərasim keçirilmişdir.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə təsadüf edən mərasimdə ARDNŞ-ə məxsus olmuş gəminin təhvil verilməsi barədə sənədləri şirkətin prezidenti Rövnəq Abdullayev DSX-in rəisi, Sərhəd Qoşunlarının Komandanı, general-leytenant Elçin Quliyevə təqdim etmişdir.
Sonra Elçin Quliyev döyüş sıralarına yeni daxil edilən sərhəd gözətçi gəmisinə DSX-in Hərbi Dəniz Bayrağını gəminin kapitanına vermişdir.
Hərbi Dəniz Bayrağı gəminin qafelində (bayraq ağacında) qaldırılmışdır.
Mərasimdə çıxış edən DSX-nin Sahil Mühafizəsinin rəisi, general-mayor İlham Mehdiyev milli sərhəd siyasətinin yaradılması, sərhəd mühafizəsinin formalaşması, dövlət sərhədlərinin mühafizəsi sisteminin təşəkkülü, dəniz sərhədlərinin etibarlı mühafizəsinin təşkili məsələlərinə ümummilli lider Heydər Əliyevin xüsusi önəm verməsini böyük minnətdarlıq hissi ilə qeyd etmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin böyük diqqət və qayğısı sayəsində Xəzər dənizində güclü sərhəd mühafizəsi infrastrukturunun yaradılması, DSX Sahil Mühafizəsinin Xəzər dənizinin Azərbaycana mənsub hissəsində dövlət maraqlarının müdafiəsini və sərhədlərin toxunulmazlığını yüksək səviyyədə təmin etməyə qadir hərbi birləşmə kimi formalaşması xüsusi vurğulanmışdır.
Yeni sərhəd gözətçi gəmisində yaradılmış xidmət və məişət şəraiti, gəminin texniki və sualtı aşkaretmə imkanları, həmçinin dənizdə tabe olmayan gəminin saxlanılması, dalğıc heyətinin hərəkətdə olan itisürətli qayıqdan suya enməsi, itisürətli qayıqların manevr elementləri tədbir iştirakçılarına nümayiş etdirilmişdir.
"Neftqaz-3" gəmisinin Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinə verilməsi ilə bağlı fikirlərini bölüşən ARDNŞ-in prezidenti Rövnəq Abdullayev demişdir ki, bu gəmi şirkətin balansından Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinə verilən artıq 5-ci gəmidir. Gəminin dənizdə manevr imkanları çox böyükdür. Biz çox şadıq ki, bu gəmini də sərhədçilərə təqdim etdik.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında