"Heydər zirvəsi"nə ənənəvi yürüş başlayıb

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar 7 may 2011-ci il tarixdə Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən "Heydər zirvəsi"nə (3751 metr) növbəti yürüş başlayıb.
Ulu öndərin xatirəsinə böyük ehtiram əlamətinin göstəricisidir ki, "Heydər zirvəsi"nə təşkil olunan yürüşlər artıq ənənəyə çevrilmiş və respublikanın müxtəlif bölgələrindən, şəhər və kəndlərindən bu aksiyalara qoşulan tələbə, ziyalı, fəhlə və kəndlilərin sayı ilbəil artmaqda davam edir. Belə ki, artıq bu dəfəki yürüşdə Federasiyanın fəallarından başqa respublikamızın müxtəlif təşkilat və ali məktəblərindən 130 nəfərədək könüllü də iştirak edir.
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından aldığımız məlumata görə, yürüşə rəhbərlik Azərbaycan Hava və Ekstremal İdman Növləri və Azərbaycan Alpinizm Federasiyalarının "Koordinasiya Şurasının" birgə qərarı ilə tanınmış təcrübəli alpinist Saridan Mursaqulova tapşırılmışdır.

{nl}

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında