Səlim Müslümov: "Böyük Vətən müharibəsi veteranları üçün ayrılan vəsait artıq öz təyinatı üzrə köçürülüb"

Ölkə prezidentinin Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə və digər bu kateqoriyadan olan şəxslərə birdəfəlik maddi yardımın edilməsi barədə mayın 3-də imzaladığı sərəncamın icrası ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondunun (DSMF) hesabına Maliyyə Nazirliyi tərəfindən 8,7 milyon manat vəsait köçürülüb.
APA-nın məlumatına görə, bunu DSMF sədri Səlim Müslümov bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, həmin vəsaitdən 78 rayon və şəhər şöbələri, eləcə də Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş Departamenti, o cümlədən Naxçıvan MR DSMF vasitəsilə 3 395 nəfər müharibə iştirakçısının hesabına 1 697 500 manat köçürülüb. Müharibə iştirakçılarından 856 nəfər Bakının müxtəlif rayonlarında, Abşeron və Sumqayıtda yaşayır.
S.Müslümov qeyd edib ki, 29 717 nəfərin hesabına 5 943 400 manat vəsaiti köçürmək üçün rayon şöbələrinin hamısının hesabına vəsait köçürülüb. Beləliklə, müharibə iştirakçıları üçün ayrılan 8,7 milyon manat vəsaitin 7,640 milyon manatı artıq öz təyinatı üzrə köçürülüb: "Bizim xəzinə hesabımızda 1,060 milyon manat vəsait qalıb. Əgər əlavə müraciətlər olarsa onların hamısının hesabına bu vəsait köçürülə bilər".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında