Heydərabad qəsəbəsində yeni mənzillərin orderləri təqdim olunmuşdur

Heydərabad qəsəbəsində aparılan quruculuq işlərinin tərkib hissəsi kimi ötən il 16 yeni fərdi ev inşa olunmuş, 40 fərdi ev isə yenidən qurulmuşdur. Bu işlər cari ildə də davam etdirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov mayın 6-da Heydərabad qəsəbəsində 6 mənzilin orderini sahiblərinə təqdim etmişdir.
Qəsəbə sakinləri adından çıxış edən Hüseyn Əsgərov Sədərək rayonunun sosial-iqtisadi inkişafı, əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə, onlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir.
Yeni inşa olunan və yenidən qurulan fərdi evlər ikimərtəbəlidir. Evlərin birinci mərtəbəsində mətbəx, salon, ikinci mərtəbəsində isə 3 otaq vardır. Evlərin hər birinin ümumi həyətyanı sahəsi 1000 kvadratmetrdir. Bu sahə sakinlərin təsərrüfat işləri ilə məşğul olmaları üçün nəzərdə tutulmuşdur. Evlərə telefon, qaz, elektrik və su xətləri çəkilmiş, ərazidə abadlıq işləri aparılmış, yaşıllıqlar salınmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında