Azərbaycan ordusu qısa vaxt ərzində qarşısına qoyulan vəzifəni yerinə yetirməyə qadirdir

Azərbaycanın hərbi qanunvericilik bazası gücləndiriləcəkdir.Bu barədə Milli Məclis sədrinin birinci müavini, təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov jurnalistlərə müsahibəsində məlumat vermişdir.
Z.Əsgərov bildirmişdir ki, hazırda Azərbaycanda hərbi xidmətə çağırışla bağlı normativ-hüquqi sənədlərin monitorinqi aparılır. Prezident Administrasiyasının, Milli Məclisin və Müdafiə Nazirliyinin ekspertləri bununla bağlı ciddi işləyirlər. Bu sənədlər hazır olduqdan sonra, Milli Məclisin müzakirəsinə çıxarılacaqdır.
Komitə sədri demişdir ki, hərbi sahədə işin həcmi böyük olduğu üçün çox iş görüləcəkdir. Çünki hərbi qanunvericilik aktlarının bir hissəsi 1995-ci ilin Azərbaycan Konstitusiyası qəbul edilməmişdən əvvəl hazırlanmışdır. Təbii ki, müəyyən dövr ərzində ona dəyişikliklər olunmuşdur. Ancaq indi Azərbaycan dövlətinin və Silahlı Qüvvələrinin inkişafının elə bir yüksək nöqtəsinə çatmışıq ki, bəzi hallarda hüquqi baza məsələsi öz sözünü deməlidir. Ona görə də biz bu işi tez bir zamanda yekunlaşdırmağa və Silahlı Qüvvələrin fəaliyyətinin qanunvericilik bazasını daha da möhkəmləndirməyə çalışırıq.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan komitə sədri bildirmişdir ki, Azərbaycan ordusu çox qısa vaxt ərzində qarşısına qoyulan vəzifəni yerinə yetirməyə qadirdir. Azərbaycanda "sülh danışıqları nəticə verməsə torpaqlarını hərbi yolla azad edəcək" kimi səslənən fikirlər sadəcə bir ritorika deyil, bu, reallıqdır. Bu gün Azərbaycanın həm hərbi büdcəsi, həm bütövlükdə büdcəsi, həm də Silahlı Qüvvələrin texniki hazırlığı, əsgərlərin döyüş hazırlığı deməyə imkan verir ki, biz çox qısa müddət ərzində torpaqları azad edə bilərik.
Milli Məclis sədrinin birinci müavini diqqətə çatdırmışdır ki, danışıqlar prosesinin hansısa bir nəticə verə bilməsi ilə bağlı yenə də müəyyən qədər ümidlər vardır. Lakin, Ermənistan tərəfi yenə imitasiya ilə məşğul olsa, sadəcə danışıqlar xatirinə danışıqlara getsə və yaxud vaxtı uzatmağa cəhd göstərsə biz öz qəti sözümüzü deyəcəyik.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında