Azerfonun dəstəyi ilə jurnalistlər üçün yeni müsabiqə elan edildi

4 may 2011-ci il tarixində Azerfon MMC-nin dəstəyi ilə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin iştirakı ilə, "Yeni Nəsil" Jurnalistlər Birliyi və Azərbaycan Jurnalistlər Birliyinın təşkilatçılığı ilə "Ölkənin inkişafında İKT və Mobil rabitənin rolu" mövzusunda jurnalist müsabiqəsi elan edilmişdir. 
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illik yubileyinə həsr edilmiş müsabiqədə çap və elektron media nümayəndələri də iştirak edə bilərlər. Mayın 5-dən start verilən müsabiqə 1 ay müddətində davam edəcək və aşağıdakı mövzularda materiallar qəbul olunacaqdır:
1. Mobil rabitə sahəsində yeni imkanlar;
2. Mobil rabitə xərclərinə necə qənaət etməli;
3. Mobil rabitədə şəffaflıq;
4. Nömrə daşınması layihəsi -müştərilər üçün üstünlükləri;
5. Medianın inkişafında mobil rabitədən istifadə;
6. İnternetə çıxışın genişlənməsində mobil rabitənin rolu;
7. Sosial inkişaf üçün mobil rabitədən istifadə;
8. Azərbaycanın İKT sahəsinin inkişafında mobil rabitənin rolu;
9. Rominq mobil rabitənin əsas xidmətlərindən biri kimi.
Müsabiqənin qalibləri Azerfon, RİTN, Yeni Nəsil və Azərbaycan Jurnalistlər birlikləri nümayəndələrindən ibarət Ekspertlər komissiyası tərəfindən müəyyən olunacaq.
Materiallar (məqalələr, müsahibələr, TV/radio materiallar, fotoreportajlar və s.) [email protected][email protected] email ünvanlarına, həmçinin Bakı şəhəri, Neftçilər prospekti, 145/5 ünvanında yerləşən Yeni Nəsil Jurnalistlər Birliyinə təqdim edilə bilər.
Müsabiqə nəticəsində 5 qalib seçiləcək (1-ci yer - 1 nəfər, 2-ci yer -2 nəfər, 3-cü yer - 2 nəfər) və 5 xüsusi mükafat veriləcək. 1-ci yeri tutan qalib 500 AZN, 2-ci yerin sahibləri - 300 AZN, 3-cü yeri tutanlar - 200 AZN qazanacaq, xüsusi mükafatların məbləği 100 AZN-dir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında