Masallının kəndləri su aydınlığına qovuşur

Bayram günlərində  qayğı uman adamları sevindirmək böyük savabdır. “Cənub gözəli” Masallıda bu, ənənə halını alıb. Elə bil əlamətdar gün, elə bir bayram olmaz ki, xoş üzə, xoş sözə könlündə güllər açan ahıl və kimsəsiz insanların, əlil və şəhid ailələrinin, maddi cəhətdən korluq çəkən sakinlərin sevinməsi, çevrəsinin boş olmadığını qəlbən duyması üçün xeyirxah işlər görülməsin.

{nl}

Ellərimizin-obalarımızın şanlı Novruz bayramının fərəhini yaşadığı bu günlərdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin tapşırığı ilə icra aparatının nümayəndələri aztəminatlı ailələrin hamısına baş çəkiblər. Rayon rəhbərliyinin adından onları səmimi təbrik edib, xoş arzularını çatdırıb və 1000 paydan artıq bayram sovqatı ilə sevindiriblər. Şənliklər, şadyanalıqlar da ki, öz yerində.  Bu tədbirlərdə rayonun məşhur “Halay” folklor ansamblının gözə dəyməməsi isə ünlü kollektivin dünən Bakıda dövlət səviyyəsində keçirilən Novruz şənliklərində iştirakı ilə bağlı olub. Əlbəttə, “Halay”a belə bir etimadın göstərilməsi Masallıda hər kəsin qəlbinə işıq salıb.

{nl}

Builki Novruz bayramı rayonun Muğan zonasının dörd para kəndinin sakinləri üçün ikiqat fərəhli olub. Qarğalıq kəndində regional inkişaf Dövlət Proqramının icrası ilə əlaqədar içməli su xəttinin təntənəli açılışına toplaşanların bu günü heç vaxt unutmayacağı şübhəsizdir. Axı, illərdən bəri, öz dilləri ilə desək, şirin su sarıdan korluq çəkən Həsənli, Məmmədxanlı, Kürdəbaz və Qarğalıq kəndlərində yaşayan 5787 nəfər sakinin bu problemi, nəhayət, aradan qalxır, insanlar su aydınlığına qovuşurdu. Sanki ilahi bir hikmətlə gecə yağmış güclü qar da ətrafı bəyaz örpəyinə bürümüş, su həsrətli adamlara müjdə gətirmişdi. Elə bu da bir Novruz möcüzəsi idi.

{nl}

...Əllərində ətirli gül-çiçək, əlvan bayram xonçaları, bayraqlar və əlbəttə ki, regionların inkişafına diqqətini bir gün belə azaltmayan dövlət başçısı İlham Əliyevin portretlərini tutmuş mərasim iştirakçıları xoş məramlı qonaqları sürəkli alqışlarla qarşıladılar. Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev daxili imkanlar hesabına Təzə Alvadı ərazisindən çəkilərək 19 kilometr yol qət edən su xəttinin açılışını bildirən lenti kəsdi. Bu günə qurban boyun olan Qarğalıq camaatının adından bu münasibətlə qoç kəsildi. Bulağın üç gözündən açılan təmiz içməli su şırıltı ilə axmağa başladı. Hər kəs qəlbən sevinirdi. Hətta gözlərində yaş parıldayanlar da yox deyildi.

{nl}

Mərasimi ərazi icra nümayəndəsi Sübhan Zalıyev açaraq camaatın sevincini minnətdarlıq duyğuları ilə ifadə elədi.

{nl}

Su aydınlığına qovuşan dörd kəndin ictimaiyyət nümayəndələrini təbrik edən Qəzənfər Ağayev dedi ki, möhtərəm Prezidentimiz İlham Əliyevin imzaladığı regional inkişaf Dövlət Proqramı bölgələrdə yaşayan əhalinin sosial problemlərinin həllini daha da sürətləndirib. Həyat şəraitini xeyli yaxşılaşdırıb. Bu istiqamətdə atılan addımlar ilk növbədə sadə adamların dövlətçiliyə inamını birə-on qat  artırır. Masallı rayonu da dövlət başçısının daim diqqətindədir.

{nl}

Fikrini konkret faktlarla əsaslandıran natiq Dövlət Proqramı üzrə rayonda reallaşdırılan tədbirlərə diqqəti cəlb etdi. Belə bir əziz, unudulmaz gündə su xəttinin açılmasından hədsiz qürur duyduğunu söylədi və camaata  xeyir-dua verdi.

{nl}

Sonra şəhid atası Hidayət Vəliyev ürək sözlərini söylədi, onların xahişinə əməl edən, sözünü göyərdən və belə savab işlər görən rayon rəhbərliyinə razılığını bildirdi.

{nl}

Qarğalıq bələdiyyəsinin sədri Xatirə Məmmədova su xəttinin çəkilməsinə görə minnətdarlıq  etdi, yerli özünüidarə orqanının da bundan ruhlanaraq abadlıq-quruculuq işlərinə yeni töhfələr verəcəyini söylədi.

{nl}

Məktəbli qızların ifasında səslənən şeirlər tədbirə əlavə rəng qatdı. Kənd sakinləri bu unudulmaz anlara şahidlik edən telekanallara müsahibələrində onlara sevinc bəxş edənlərə müraciətlə: — Tanrı sizi qorusun! — dedilər. — Su qədər ömrümüz olsun!

{nl}

{nl}

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”nin  bölgə müxbiri

{nl}

(fotolar V.Novruzoğlunundur)

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında