Kürdəmirdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir

Ümummilli lider Heydər Əliyevin adı xalqımızın tarixinə qızıl hərflərlə yazılıb. Ulu öndərsiz keçən illərə nəzər salarkən Heydər Əliyev fonemeninin, böyüklüyünün, onun Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərinin dəyərini daha dərindən dərk etməyə başlayırıq.
Bu fikir Kürdəmirdə ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş "Heydər Əliyev Azərbaycan dövlətçiliyinin banisi və Azərbaycan xalqının ədəbi lideridir" mövzusunda keçirilmiş elmi-praktik konfransda səsləndirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkına gələrək ulu öndərin abidəsini ziyarət etmiş, önünə çiçəklər qoymuş, Heydər Əliyev muzeyində ümummilli liderin həyat və fəaliyyətini əks etdirən eksponatlara baxmışlar.
"Günəş" şadlıq sarayında keçirilən elmi-praktik konfransda rayon icra hakimiyyəti başçısının müavini Əbülfət Mikayılov Heydər Əliyevin zəngin siyasi fəaliyyəti, müstəqil Azərbaycan dövləti quruculuğu sahəsindəki misilsiz xidmətləri barədə danışmışdır.
Rayon təhsil şöbəsi müdirinin müavini Əsgər Hüseynovun "Heydər Əliyev ideyaları müasir təhsil quruculuğunun əsasıdır", rayon incəsənət məktəbinin direktoru Qəndəf Zülfüqarovanın "Heydər Əliyev və Azərbaycan mədəniyyəti", rayon icra hakimiyyəti başçısı aparatının böyük referenti Zaur Həsənovun "Heydər Əliyev və Azərbaycan gəncliyi", rayon hərbi komissarının müavini Xamiz Bədəlovun "Heydər Əliyev Azərbaycan Milli Ordu quruculuğunun təşəbbüskarı və yaradıcısıdır", rayon prokurorunun müavini Eynulla Qasımovun "Heydər Əliyev Azərbaycanda hüquq islahatlarının memarıdır" mövzularında məruzələri dinlənilmiş, çıxışlar olmuşdur.
Qeyd edilmişdir ki, Heydər Əliyev ömrü bir qəhrəmanlıq dastanı, müstəqillik himni, insanlığa xidmət nümunəsidir. Varlığında bütöv bir millətin ən gözəl keyfiyyətlərini cəmləşdirən bu təkrarsız insan bütün həyatını öz xalqına həsr etmiş, yolumuz üstündə işıq saçan bir məşələ çevrilmişdir. Ulu öndərimiz Heydər Əliyev sözün əsl mənasında həyatın mənasını xalqa və dövlətə təmənnasız xidmətdə görən, bu amal uğrunda ən çətin maneələrə, problemlərə sinə gələn millət fədaisi idi.
Ulu öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu, gələcək taleyini düşündüyü doğma vətənini dəfələrlə zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. Öz şərəfli və möhtəşəm fəaliyyəti ilə doğma vətəninin və xalqının adını əlcatmaz zirvələrə ucaltmış Heydər Əliyev böyük qürur hissi ilə deyirdi: "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm ki, mən azərbaycanlıyam".
Tədbirdə məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilmiş, ulu öndərə həsr olunmuş "Xalqın oğlu" filmi göstərilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Fəxrəddin Məlikov elmi-praktik konfransa yekun vurmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında