Milli Aviasiya Akademiyasında faşizm üzərində böyük Qələbənin 66-cı ildönümü ilə bağlı tədbir

Faşizm üzərində böyük Qələbənin 66-cı ildönümü ərəfəsində Milli Aviasiya Akademiyasının (MAA) Mülki Aviasiya Muzeyində tədbir keçirilmişdir.
Tədbirdə MAA-nın müəllim-tələbə heyəti və Nərimanov rayonundakı 201 nömrəli məktəbin şagirdləri iştirak etmişlər. Mülki Aviasiya Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Firəngiz Hüseynova 1941-1945-ci illər müharibəsində Qələbənin əldə edilməsində layiqli xidməti olan Azərbaycan xalqının, o cümlədən cəsur döyüşçülərimizin rəşadətindən ətraflı danışmışdır. Sonra mərasim iştirakçılarına 1941-1945-ci illər müharibəsi cəbhələrində igidlik göstərmiş azərbaycanlı təyyarəçilərdən bəhs edən slayd-mühazirə təqdim edilmişdir.
Qələbə gününə həsr olunmuş tədbir "Qafqaz qartalının uçuşu" sənədli filminin nümayişi ilə başa çatmışdır. Xatırladaq ki, 1941-1945-ci illər müharibəsinin iştirakçısı, əfsanəvi təyyarəçimiz Hüseynbala Əliyevə həsr edilmiş bu film Azərbaycanın "Salnamə" və Sankt-Peterburqun "Lennauçfilm" studiyaları tərəfindən istehsal olunmuşdur.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında