Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda "Heydər Əliyev. Hüquqi dövlət və qanunçuluq" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir

Mayın 6-da Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda mərkəzi aparatın və Bakı Hərbi Prokurorluğu əməkdaşlarının iştirakı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş "Heydər Əliyev. Hüquqi dövlət və qanunçuluq" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
Qurumun mətbuat xidmətindən bildirmişlər ki, Hərbi Prokurorluğun rəhbər heyəti ulu öndər Heydər Əliyevin prokurorluğun inzibati binasındakı büstünün önünə əklil və gül dəstələri qoymuşlar. Azərbaycan xalqı və dövləti qarşısında misilsiz tarixi xidmətləri olmuş ulu öndər Heydər Əliyevin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Konfransda məruzə ilə çıxış edən Azərbaycan Respublikası baş prokurorunun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın müdrik rəhbəri, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin 1969-cu ildən başlayaraq müasir Azərbaycanın tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi müdrik və uğurlu siyasət barədə ətraflı məlumat vermişdir.
Ulu öndərimizin siyasi rəhbərliyi dövründə Azərbaycanın inkişaf etmiş dünya dövlətləri sırasında özünə layiqli yer tutduğunu diqqətə çatdıran hərbi prokuror Xanlar Vəliyev, aparılmış mütərəqqi və beynəlxalq standartlara uyğun islahatlar nəticəsində ölkəmizin demokratik, hüquqi və sivil dövlətə çevrildiyini, qanunçuluğun, ictimai-siyasi sabitliyin bərqərar edildiyini faktlarla əsaslandırmışdır. Bildirilmişdir ki, prokurorluq orqanlarının dövlətçiliyimizin maraqlarına, qanunun aliliyinə, insan və vətəndaş hüquqlarının müdafiəsinə xidmət edən sivil və demokratik bir qurum kimi formalaşması, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunverici, maddi və sosial bazanın yaradılması ümummilli liderimiz Heydər Əliyevin siyasi iradəsinin nəticəsidir.
Hərbi prokuror xidmətləri ilə əbədiyaşarlıq qazanmış ulu öndər Heydər Əliyevin siyasi irsinin öyrənilməsi istiqamətində Respublika Hərbi Prokurorluğunda bir çox işlər görüldüyünü qeyd etmişdir.
Ulu öndərimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, Prezident İlham Əliyevin respublikamızda hüquqi islahatları uğurla həyata keçirdiyini vurğulayan hərbi prokuror, dövlətimizin başçısının Azərbaycanın sosial-iqtisadi inkişafına, ölkədə sülhün, təhlükəsizliyin, əmin-amanlığın qorunmasına verdiyi misilsiz töhfələrdən də bəhs etmişdir.
Konfransda Bakı Hərbi Prokurorluğunun müstəntiqi, ədliyyə leytenantı Cavid Xəlilov çıxış edərək dahi rəhbərimizin doğma Azərbaycanımızın tərəqqisi naminə gördüyü möhtəşəm işlərdən və onun siyasi fəaliyyətindən, ulu öndərin gənclərə diqqət və qayğısından danışmış, eləcə də demokratik məzmunlu hüquqi islahatların Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun davam etdirildiyini vurğulamışdır.
Mərasimə yekun vuran ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirmişdir ki, Hərbi Prokurorluğun kollektivi ulu öndərimiz Heydər Əliyevin dövlətçilik ideyalarına həmişə sadiq qalacaq, müstəqilliyimizin, ictimai-siyasi sabitliyin və əmin-amanlığın hər cür cinayətkar qəsdlərdən qorunması işində səylərini daha da artıracaq, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən prokurorluq orqanları qarşısında qoyulmuş vəzifələri layiqincə yerinə yetirmək üçün bütün qüvvə və bacarığını sərf edəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında