Azərbaycan Turizm İnstitutunun "AMEAST" Dağçılıq Klubunun üzvləri Kiprdə

Azərbaycan Turizm İnstitutunun "AMEAST" Dağçılıq Klubunun üzvləri E. Məmmədov, N. Xudazarov, F. Rzayev, E. Əsgərov, P. Yadigarov və ATİ rektorunun köməkçisi V. Xəlilovdan ibarət nümayəndə heyəti Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Mülki Müdafiə Təşkilatının dəvətinə əsasən "II Mülki Müdafiə Beynəlxalq Universitetlərarası Axtarma-Xilasetmə Seminar-Təlimi"ndə iştirak etmək üçün aprelin 25-dən 29-na qədər Şimali Kiprdə səfərdə olmuşdur.
Seminar-təlimə ŞKTC-də yerləşən 6 universitetlə yanaşı, 13 xarici ölkədən cəmi 20 universitetin elm adamları və axtarma- xilasetmə klublarının üzvləri olan tələbələrdən ibarət 75 xarici iştirakçı qatılmışdı.
2011-ci il aprelin 25-də keçirilən seminarda iştirakçı Şimali Kipr Türk Cümhuriyyəti universitetlərinin tanıtım filmləri nümayiş etdirilmişdir. Həmin gün yerli mütəxəssislərin, həmçinin Almaniya, İndoneziya, Türkiyə, Böyük Britaniya, Avstraliya və Nepaldan olan alimlərin axtarma-xilasetmə mövzusunda məruzələri dinlənilmişdir.
Səfərin sonuncu günü keçirilən, ŞKTC rəhbərliyinin, xarici qonaqlar və yerli vətəndaşların böyük maraqla izlədiyi təlimdə Azərbaycan Turizm İnstitutunun "AMEAST" Dağçılıq Klubunun üzvləri də fəal iştirak etmişlər. Tədbirin sonunda Azərbaycandan olan nümayəndə heyətinin üzvlərinə sertifikatlar təqdim olunmuşdur. Tədbirin yekunlarına dair birgə bəyannaməni ATİ rektorunun köməkçisi V. Xəlilov imzalamışdır.
Səfərin nəticəsi kimi, klubun üzvləri axtarma-xilasetmə sahəsində böyük təcrübə qazanmaqla yanaşı, ŞKTC-nin zəngin təcrübəyə sahib nüfuzlu universitetləri ilə əyani tanışlıq imkanı əldə etmiş və müxtəlif xarici universitetlərin tələbələri ilə sıx münasibət qurmuşlar.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında