Nəsimi rayonunda "Gül bayramı"

Hər il may ayında Azərbaycanın bütün guşələrində ümummilli liderimiz, dövlətimizin qurucusu və xilaskarı Heydər Əliyevin doğum günü böyük təntənə ilə qeyd edilir. Artıq bir neçə ildir ki, bu əlamətdar hadisə ilə bağlı paytaxtımızda gül bayramları keçirilir.
Bu il Nəsimi rayonunda keçirilən "Gül bayramı" öz möhtəşəmliyi və təşkilati baxımdan mükəmməlliyi ilə seçilirdi.
Zorge parkında keçirilən tədbiri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq hamını bayram münasibətilə təbrik etdi. O bildirdi ki, bütün həyatını öz doğma xalqının xoşbəxtliyi və Vətəninin çiçəklənməsinə həsr etmiş dahi şəxsiyyət Heydər Əliyevin əziz və unudulmaz xatirəsini Azərbaycan xalqı həmişə uca tutur. Xalqımız öz xilaskarının doğum gününü belə gözəl bayramla qeyd edir və bu bayram Heydər Əliyev şəxsiyyətinə xalq məhəbbətinin və minnətdarlığının böyük təntənəsinə çevrilir.
Həmin gün parkda sərgilənmiş tətbiqi sənət nümunələri, gül kompozisiyaları, rəsm, panno və müxtəlif əl işləri hamını heyran edirdi. Bayramda rayonun tədris müəssisələri, bir sıra idarə və təşkilatları 5 mindən çox əl işi nümayiş etdirdilər. Qeyd edək ki, bayramda təqdim olunan işlərdə 50 minə yaxın güldən istifadə edilmişdi. Nümayiş etdirilən işlər arasında 5, 23, 152, 42, 46, 54, 51, 159 və 151 saylı orta məktəblərin, 16, 29, 92, 75, 156 və 52 saylı körpələr evi - uşaq bağçalarının kompozisiyaları xüsusi maraq doğururdu. Həmin işlər müəlliflərinin istedadından və yaradıcılıq fantaziyasından xəbər verirdi. Nümayiş etdirilən işlərə Bakı Şəhər İcra Hakimiyyətinin müsabiqə komissiyası tərəfindən baxış keçirildi.
Qeyd edək ki, ümummilli liderimiz Heydər Əliyevin 88 illiyi ilə əlaqədar Nəsimi rayonunda yeniyetmələr arasında şahmat, mini futbol, basketbol və həndbol yarışları keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev həmin yarışların qaliblərinə diplom və hədiyyələr təqdim etdi.
Respublikamızın tanınmış müğənnilərinin iştirakı ilə böyük konsert proqramı nümayiş etdirildi. "Gül bayramı"nda Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Ziyad Səmədzadə iştirak edirdilər.
Ümummilli liderimiz Heydər Əliyevə dərin xalq məhəbbətinin təzahürü olan bu gözəl bayram hamıya xoş hisslər bəxş etdi və unudulmaz anlar yaşatdı.

{nl}

Ayaz HƏMİDOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında