Respublikamızda olan 25 mindən çox yükdaşıyan nəqliyyat vasitəsinin 2-3 mini istismara yararsızdır

Hazırda respublikamızda 1 milyon 700 mindən çox nəqliyyat vasitəsi vardır. Onların 25 mindən çoxu "KamAZ" və digər yükdaşıyan nəqliyyat vasitələridir. Bu maşınlardan 2-3 mini isə istismara yararsızdır. 
Bunu Baş Dövlət Yol Polis İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov demişdir. Bildirmişdir ki, həm hüquqi-fiziki şəxslər, həm daşıyıcılar, həm də sürücülər məsuliyyətlərini tam dərk etmədən yük maşınlarının normadan artıq yüklənməsinə yol verirlər. Həmçinin belə maşınların yol sənədləri düzgün tərtib olunmur, yük göndərən təşkilatın adı və ünvanı, hüquqi şəxsin kimliyi, sənədin verilmə tarixi ümumiyyətlə göstərilmir. Yük maşınları həddən artıq yükləndiyindən yollarda qəzalar baş verir.
Ölkəmizdə sahibkarlığa göstərilən diqqət və qayğıdan sui-istifadə edilməməlidir. Yəni, sahibkarlığa kömək digər sahələrin işini bərbad vəziyyətə salmamalıdır, - deyən R.Zeynalov qeyd etmişdir ki, qum, daş, çınqıl və digər bu növ malların avtomobil nəqliyyatı ilə uzaq məsafələrə daşınması iqtisadi cəhətdən də səmərəli deyildir. Yüklərin avtomobillə daşınması yalnız 50-80 kilometrlikdə səmərəli ola bilər. Daha uzaq məsafələrə yüklərin daşınması isə iqtisadi cəhətdən səmərəli hesab olunmur. Belə hallar sahibkarların özlərinə də sərfəli deyildir.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 163.0.14-cü maddəsinə əsasən qayda pozuntularına yol verən fiziki şəxslər 30-50 manatadək, vəzifəli şəxslər 150-200 manatadək, hüquqi şəxslər isə 1500-2000 manatadək məbləğində cərimə olunacaqlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında