Heydər Əliyev ideyaları əsasında müstəqil Azərbaycan Respublikası gənclərinin vətənpərvərlik tərbiyəsinin aktual məsələləri" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir

Mayın 5-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Respublika Veteranlar Şurasının, Müdafiə Nazirliyinin, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş "Heydər Əliyev ideyaları əsasında müstəqil Azərbaycan Respublikası gənclərinin vətənpərvərlik tərbiyəsinin aktual məsələləri" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. 
Konfransın iştirakçıları əvvəlcə Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuşdur.
Konfrans iştirakçıları iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin həyətində ucaldılmış abidəsini ziyarət etmişlər.
Müdafiə Nazirliyinin Tərbiyə İşləri İdarəsinin rəisi, polkovnik Vaqif Məmmədov çıxış edərək tədbirin əhəmiyyətindən danışmış, iştirakçılara uğurlar arzulamışdır. "Azərbaycan Respublikasının veteran təşkilatları və gənclərin vətənpərvərlik tərbiyəsi" mövzusunda məruzə ilə çıxış edən Respublika Veteranlar Şurasının sədri Əlövsət Baxışov bildirmişdir ki, ulu öndər Heydər Əliyevin ideyaları əsasında hazırlanmış, daim yeniləşdirilən dövlət proqramları çərçivəsində gənclərlə aparılan iş gənc nəslin vətənpərvərlik tərbiyəsində müstəsna rol oynayır. Məhz ardıcıl və düzgün istiqamətli dövlət siyasətinin nəticəsində bu gün Azərbaycanda və onun hüdudlarından kənarda yaşayan sağlam düşüncəli, vətənpərvər, dövlətçiliyimizi və dövlətimizi sevən, onun adını ucaldan, yüksək intellektli gənclər yetişir.
Veteranlar təşkilatlarının vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində gördükləri işlərdən danışan məruzəçi demişdir ki, ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Böyük Vətən müharibəsi iştirakçılarına xüsusi diqqət və qayğı göstərilməyə başlanmışdır. Əlövsət Baxışov cəmiyyətin ən hörmətli təbəqəsi sayılan müharibə və əmək veteranlarının sosial problemlərinin həlli və həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dövlətimizin başçısı İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirləri yüksək qiymətləndirmiş, bu qəbildən olan insanların daim qayğı ilə əhatə olunduqlarını xüsusi vurğulamışdır.
Sosialist Əməyi Qəhrəmanı, akademik, veteran İsmayıl İbrahimov, ilk azərbaycanlı sərhədçi general-mayor Mustafa Nəsirov, Azərbaycan Dillər Universitetinin professoru Məhəmməd Teymurlu, Milli Təhlükəsizlik Nazirliyinin məsul əməkdaşı Cəlil Xəlilov, Gənclər və İdman Nazirliyinin əməkdaşı Əli Məmmədov və digərləri çıxış edərək ümummilli lider Heydər Əliyevin gənclər arasında vətənpərvərliyin təbliğ olunmasında xidmətlərini vurğulamışlar. Gənclərin tərbiyəsinin ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu qeyd edən natiqlər keçirilən konfransın gənclərə vətənpərvərlik duyğularının aşılanmasında əhəmiyyətli rolundan danışmışlar.
Sonra Müdafiə Nazirliyinin Tərbiyə İşləri İdarəsi rəisinin müavini, mənəvi psixoloji hazırlıq şöbəsinin müdiri, polkovnik Abdulla Qurbaninin "Heydər Əliyev və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi" mövzusunda məruzəsi dinlənilmişdir.
Məruzələr ətrafında çıxışlar olmuşdur.
Konfrans işini Azərbaycan Hərb Tarixi Muzeyində davam etdirmişdir. İştirakçılar muzeydə hərb tariximizin mərhələləri ilə tanış olmuşlar.
Konfrans iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında