Azərbaycanda qədim yaşayış məskənləri aşkarlanıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu mayın ortalarından Şəki-Qax-Oğuz bölgəsində aşkarladığı 8 qədim yaşayış məskənində arxeoloji kəşfiyyat qazıntı işlərinə başlayacaq.
İnstitutun Şəki-Qax-Oğuz ekspedisiyasının rəisi Nəsib Muxtarov Trend-ə bildirib ki, ötən ilin oktyabrından bu ilin yanvarınadək aparılmış tədqiqatlar nəticəsində Şəki-Zaqatala-Qax bölgəsinin qış otlaqlarının ərazisində son tunc - inkişaf etmiş dəmir dövrünə aid 8 qədim yaşayış məskəni aşkarlanıb.
Muxtarov bildirib ki, həmin kəndlərin ərazisi ümumilikdə 50-60 hektardır. Kəndlərin 4-ü Qax, 1-i Zaqatala rayonunun qış otlaq, qalan 3 kənd isə Şəki rayonunun ərazisindədir.
Şəkidəki kəndlərin biri şəhərin 5-6 km-lik məsafəsində, qalan iki kənd isə Şəki rayonunda çay vadisində yerləşir.
Muxtarov qeyd edib ki, arxeoloji kəşfiyyat qazıntı işləri iyuladək davam edəcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında