Xətai rayonu gül bayramında yenə birinci olmaq əzmindədir

Hər il olduğu kimi, bu il də ümummilli lider Heydər Əliyevin doğum günü ilə bağlı respublikanın bütün regionlarında təşkil olunan gül bayramı böyük təntənə ilə keçirilir. May ayının 10-na qədər regionlarda təşkil olunan bu bayramda xüsusi komissiya ən yaxşı əl işlərini qiymətləndirir və onları məhz ulu öndərin doğum günü paytaxtda sərgilənəcək təntənəyə dəvət edir.
Ötən il paytaxtda keçirilən gül bayramının qalibi olmuş Xətai rayonu bu il də uğuru əldən vermək fikrində deyil. Bunu mayın 3-də rayonun Heydər Əliyev parkında təşkil olunmuş əzəmətli gül bayramından da aydın görmək olurdu. Havanın çiskin və bir qədər yağmurlu keçməsi iştirakçıların bayram əhval-ruhiyyəsinə zərrə qədər də təsir etməmişdi.
Bayramın rəmzi açılışı Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Milli Məclisin deputatı Hüseynbala Mirələmov və qonaqların ulu öndər Heydər Əliyevin əzəmətli abidəsi önünə tər çiçək dəstələrinin qoyulması ilə başladı. Sonra Bakı Şəhər İcra Hakimiyyətinin müsabiqə komissiyasının da iştirakı ilə 38 orta ümumtəhsil məktəbinin, 47 uşaq bağçasının və 15 poliklinikanın kollektivlərinin ayrı-ayrı guşələrində sərgilənən əl işlərinə baxış keçirildi. 191, 194, 265, 171, 87 saylı və bir çox digər məktəblərin ulu öndərin doğum gününə ərməğan etdikləri əl işləri xüsusi maraqla qarşılandı.
Qonaqlar və münsiflər heyəti hər hansı guşədə diqqət çəkən pannoları, kompozisiyaları diqqətlə nəzərdən keçirir və bəzən heyrətlərini belə gizlədə bilmirdilər. 265 saylı məktəbin şagirdlərinin xırda muncuqlardan hazırladıqları rəngarəng güllər bizim də diqqətimizdən yayınmadı. Məktəbin direktoru Yeganə Qurbanova bildirdi ki, şagirdlərimiz bu bayrama xüsusi bir həvəslə hazırlaşırdılar. Millət atasının ad gününə həsr olunmuş bayrama başqa necə hazırlaşmaq olar ki?!
Heydər Əliyev adına 87 saylı liseyin kollektivinin əl işlərinin sərgiləndiyi guşə qonaqlara daha xoş təsir bağışladı. Burada güllərlə bəzədilmiş "Sönməz günəşin şəfəqləri", "Buta", "Dədə Qorqud" və sair kompozisiyalar ulu öndərin istək və arzularına, gördüyü əzəmətli işlərə işıq salırdı.
71 saylı orta məktəb üçün ayrılmış guşədə isə paxlalı ərzaq məhsullarından xüsusi ustalıqla hazırlanmış "Heydər Əliyev və uşaqlar" tablosu daha çox diqqəti çəkirdi.
Beləcə, Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ulu öndərin ad gününə həsr olunan gül bayramı günün ikinci yarısında da yüksək izdihamla davam etdi. Tədbir rayonun mədəniyyət və incəsənət kollektivlərinin iştirakı ilə hazırlanmış bayram konserti ilə başa çatdı.

{nl}

İlqar RÜSTƏMOV, Rafiq SALMANOV (foto), "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında