Nəsimi rayonunda idman yarışlarına yekun vurulmuşdur

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 88 ildönümü münasibətilə Nəsimi rayonunda icra hakimiyyəti başçısı Nəsib Məhəməliyevin sərəncamı ilə təsdiq edilmiş plana uyğun olaraq tədbirlər davam edir.
Həmin plan çərçivəsində rayonda yeniyetmələr arasında müxtəlif idman növləri üzrə yarışlar keçirilmişdir. Nəsimi Rayon Gənclər və İdman İdarəsi tərəfindən təşkil edilmiş həmin yarışların yekunları açıqlanmışdır.
Həndbol yarışlarında qalib Nəsimi Rayon Uşaq - Gənclər İdman Məktəbinin komandası olmuşdur. Basketbol yarışlarında ən yaxşı nəticəni 164 saylı orta məktəbin komandası göstərmişdir. Mini-futbol üzrə keçirilmiş yarışın qalibi isə 152 saylı məktəbin komandası olmuşdur. Şahmat üzrə yarışda birinci yeri 111 saylı orta məktəbin şagirdi Nərmin Kazımova tutmuşdur. Qaliblərə rayon icra hakimiyyəti tərəfindən diplomlar və hədiyyələr verilmişdir. Rayonda ulu öndərimiz Heydər Əliyevin ad gününə həsr olunmuş tədbirlər davam edir.
Qeyd edək ki, Nəsimi rayonundakı 23 saylı orta məktəbin komandası respublika "Cəsur " hərbi idman oyunlarının qalibi olmuş, "Şahin" hərbi oyunlarında isə Bakı zonasında birinci yeri tutaraq respublika yarışlarına vəsiqə qazanmışdır.

{nl}

Ayaz HƏMİDOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında