Dövlət Sosial Müdafiə Fondu 1941-1945-ci illər müharibəsi iştirakçılarına birdəfəlik maddi yardımın çatdırılmasına başlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 may 2011-ci il tarixli "1941-1945 -ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım edilməsi barədə" sərəncamı ilə Dövlət Sosial Müdafiə Fonduna birdəfəlik maddi yardımın müvafiq şəxslərə çatdırılmasını təmin etmək tapşırılmışdır.
Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan redaksiyaya daxil olan məlumatda deyilir ki, artıq dünəndən etibarən sərəncamda nəzərdə tutulmuş 8,7 milyon manat məbləğində vəsait Maliyyə Nazirliyi tərəfindən Dövlət Sosial Müdafiə Fondunun xüsusi hesabına köçürülmüşdür. Hazırda fond tərəfindən birdəfəlik yardımın sərəncamın şamil olunduğu şəxslərin hesablarına köçürülməsi həyata keçirilməkdədir və proses bu həftənin sonuna kimi tam yekunlaşacaqdır.
Sərəncam təxminən 32 400 nəfərdən artıq şəxsə şamil olunacaqdır. Bunlardan 3400 nəfərə qədəri bilavasitə Böyük Vətən müharibəsi iştirakçılarıdır və sərəncama əsasən, onlara 500 manat məbləğində birdəfəlik yardım göstəriləcəkdir. Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad mühasirəsinin iştirakçılarına isə 200 manat məbləğində birdəfəlik maddi yardım veriləcəkdir. Bu kateqoriyaya aid olan şəxslərin sayı isə 29 min nəfərdən artıqdır.
Xüsusi vurğulamaq yerinə düşər ki, 1941-1945-ci illər müharibəsi iştirakçılarına ayrılan birdəfəlik maddi yardımın məbləğinə görə Azərbaycan MDB ölkələri içərisində ilk yerdədir.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında