GUAM-ın baş katibi Valeri Çeçelaşvili: "Dağlıq Qarabağda beynəlxalq aeroport fəaliyyət göstərə bilməz"

"Dağlıq Qarabağda aeroport tikmək olar, lakin onun beynəlxalq aeroport kimi fəaliyyət göstərməsi praktiki mümkün deyil".
Bu fikirlər GUAM-ın baş katibi Valeri Çeçelaşviliyə məxsusdur. Onun sözlərinə görə, Dağlıq Qarabağın hava məkanının və digər ərazilərin Azərbaycana məxsus olduğunu bütün dünya bilir: "Yalnız onu deyə bilərəm ki, aeroport tikmək olar. Lakin bu aeroport Azərbaycansız fəaliyyət göstərə bilməz. Bunun üçün beynəlxalq qaydalar və proseduralar var, beynəlxalq əhəmiyyətli aeroportun fəaliyyət göstərməsi üçün beynəlxalq hava uçuşlarını tənzimləyən beynəlxalq təşkilat qərar qəbul etməlidir. Dağlıq Qarabağın hava məkanı nəzarətdən çıxıb. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Azərbaycan tərəfinin razılığı olmadan bunu praktiki həyata keçirmək mümkün deyil. Buna görə də Azərbaycan bütün beynəlxalq təşkilatlarda və hava məkanına icazə verən təşkilatlarda imkanlarından istifadə edərək öz qanuni hüququnu qoruyacaq".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında