"Vətəni tanı" ümumrespublika kampaniyasının növbəti turu keçirildi

Təhsil, Gənclər və İdman, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dəstəyi və Gənclər Təşkilatı Milli Şurasının təşkilatçılığı ilə ümumrespublika "Vətəni tanı" kampaniyası çərçivəsində dünən Yasamal rayonundan 175 saylı orta məktəbdə növbəti tədbir keçirildi. Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurasının baş katibi Orxan Ərəbov açdı. 
Natiq ümumrespublika "Vətəni tanı" kampaniyasının əhəmiyyətindən danışdı və bu tədbiri gənclərimizin ölkəmizi daha yaxından tanıması üçün atılan vacib amil kimi qiymətləndirdi. O.Ərəbov qeyd etdi ki, kampaniyanın məqsədi ölkə başçısı cənab İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyü haqqındakı aydın və qəti qərarına cəmiyyətin fəal təbəqəsi olan gənclər tərəfindən mövcud güclü dəstəyin aydın şəkildə nümayişinin təşkili, bir daha dünya ictimaiyyətinə Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunun çatdırılması, ölkəmizin suverenliyinə qarşı müxtəlif daxili etnik amillərdən istifadə olunmasının mümkünsüzlüyünün bəyan edilməsi, ölkəmizi təşkil edən inzibati - ərazi vahidlərinin gənclərə dərindən öyrədilməsinə yardımçı olmaqdır. Bildirdi ki, bu gün Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə bərabər, FİXED Borders və "AVA" Skandinaviya klinikası da sözügedən kampaniyaya dəstək verir.
Sonra Bakı şəhəri üzrə Təhsil İdarəsinin məsləhətçisi Fəttah Quliyev çıxış etdi. Fəttah müəllim təmsil etdiyi qurum adından şagirdlərə müvəffəqiyyətlər arzuladı. Tədbirdə iştirak edən Yasamal Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Ramil Cəbrayılov da məktəblilərə müsabiqədə layiqli yer tutmaları üçün uğurlar arzuladı. 175 nömrəli məktəbin direktoru Qələndər Qələndərov bu tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi. Dedi ki, bütün məktəblilər hər bir Azərbaycan vətəndaşı kimi Vətəni yaxından tanımağa və sevməyə borcludurlar.
Qeyd edək ki, "Vətəni tanı" kampaniyasının Yasamal rayonunda keçirilən zona turunda 300 gənc iştirak edib. Bunlardan müvafiq olaraq 150 nəfəri hissələrdən ibarət olan Azərbaycan xəritəsini, 150 nəfəri isə kampaniyanın rəsmi saytı olan ( miras.az ) saytında elektron formadakı xəritəni topladılar. Hər iki tur üzrə keçirilən yarışlarda Azərbaycan xəritəsini ən tez toplayan iki gənc 175 nömrəli məktəbin şagirdi Bilalova Milana və 53 nömrəli məktəbin şagirdi Ləyaqət Həsənzadə final mərhələsinə vəsiqə qazandılar.
Sonda GTMŞ mətbuat katibi Orxan Əli "Vətəni tanı" ümumrespublika kampaniyasıda interaktivlik, innovativlik, gənclər və cəmiyyət üçün yararlılıq əmsalı kimi göstəricilərin önə çəkildiyini diqqətə çatdırdı.

{nl}

Elçin ABBASOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında