Şərur şəhərində yeni mebel mağazası açılmışdır

Mayın 4-də Şərurda yeni mebel mağazasının açılışı olmuşdur. 
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov demişdir ki, insanların gündəlik tələbatının ödənilməsi üçün müasir bazarlara, ticarət mərkəzlərinə ehtiyac vardır. Ona görə də bu istiqamətdə lazımi tədbirlər həyata keçirilir. Qısa müddət ərzində Naxçıvan şəhərində, rayon mərkəzlərində müasir ticarət mərkəzləri, bazarlar tikilib əhalinin istifadəsinə verilmişdir. Ötən il Şərur şəhərində böyük bir ticarət mərkəzi, bazar kompleksi inşa edilmiş, bu gün isə mebel mağazası istifadayə verilir. Müasir ticarət mərkəzlərinin, bazarların qurulması dövrün tələbidir, belə mərkəzlərin yaradılması yeni iş yerləri deməkdir. Muxtar respublikada istehsal olunan kənd təsərrüfatı və sənaye məhsullarının abad, yaraşıqlı yerlərdə satışının təşkil olunması həyata keçirilən tədbirlərin tərkib hissəsidir. Həm Naxçıvanda istehsal edilən mebel məhsullarının satışının təşkil edilməsi, həm də muxtar respublikanın ən böyük rayonu olan Şərur rayonunda belə bir mərkəzə ehtiyac olduğuna görə bu mağaza tikilib istifadəyə verilir.
Ali Məclisin sədri yeni mebel mağazasının açılış tədbirinin ulu öndərimiz Heydər Əliyevin doğum günü ərəfəsində keçirildiyini bildirərək demişdir: Quruculuq işlərinin aparılması ümummilli liderimizin ideyalarının yaşaması, Azərbaycanın inkişafı deməkdir. Ulu öndərimizin ideyalarının həyata keçirilməsi Azərbaycan xalqının rifah halının yaxşılaşdırılması deməkdir. Ümummilli liderimizin anadan olmasının 88-ci ildönümü ərəfəsində belə tədbirlərin həyata keçirilməsi onun xatirəsinə ən böyük ehtiramın göstəricisidir.
Ali Məclisin sədri mebel mağazasının istifadəyə verilməsi münasibətilə istehlakçıları və mağazanın kollektivini təbrik etmiş, onlara işlərində uğurlar arzulamışdır.
Açılışı bildirən rəmzi lent kəsilmiş, mebel mağazasına baxış olmuşdur.
Mağazada 15 nəfər işlə təmin olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında