Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri Sultan bin Səid əl Mansouri Qəbələdə olmuşdur

Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat naziri Sultan bin Səid Əl Mansourinin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 4-də Qəbələdə bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olmuşdur. 
"Qəbələ" piano fabrikinin fəaliyyəti ilə tanışlıq zamanı qonaqlara məlumat verilmişdir ki, Azərbaycanda qeyri-neft sektorunun, xüsusilə də sənayenin inkişafı diqqət mərkəzindədir. Bu baxımdan ölkədə ənənəvi istehsal sahələri ilə yanaşı, yeni istehsal müəssisələri də yaradılır və "Qəbələ" piano fabriki belə müəssisələrdəndir. Regionda bənzəri olmayan və beynəlxalq standartlara cavab verən fabrik inzibati bina və istehsal sahəsindən ibarətdir. Fabrikdə dünyada məşhur olan "Beltmann" markalı pianolar istehsal edilir. Pianolar sexlərdə yığılaraq, xüsusi avadanlıqla təchiz olunmuş 6 otaqda köklənir və sazlanır. Fabrikdə ildə 1000 piano istehsalı nəzərdə tutulur.
Daha sonra qonaqlar Qəbələdə meyvə və tərəvəzin saxlanılması üçün tikilmiş soyuducu anbarla tanış olmuşlar. Burada bildirilmişdir ki, ümumi sahəsi 7800 kvadratmetr olan və 3 hektar ərazini əhatə edən anbarda 5 min ton meyvə-tərəvəz məhsulları saxlamaq mümkündür. İtaliya istehsalı olan avadanlığın quraşdırıldığı anbarda məhsulların saxlanılması xüsusi texnologiya ilə həyata keçirilir.
Qəbələ Konserv Zavoduna gələn qonaqlara məlumat verilmişdir ki, müəssisədə müasir standartlara cavab verən avadanlıqlar quraşdırılmışdır. Zavodda müxtəlif növ meyvə püreləri, konsentratlar, şirələr, turşular, mürəbbələr, cemlər istehsal edilir. Müəssisənin məhsulları dünyanın 30 ölkəsinə, o cümlədən Birləşmiş Ərəb Əmirliklərinə ixrac edilir.
Ərəbistanlı qonaqlar Azərbaycanda gedən dinamik sosial-iqtisadi inkişafdan, müasir standartlara cavab verən müəssisələrdə yeni texnika, avadanlıq və texnologiyaların tətbiqindən məmnunluqlarını ifadə etmişlər.
Birləşmiş Ərəb Əmirliklərindən olan nümayəndə heyəti, həmçinin, Qəbələnin görməli yerləri, füsunkar təbiəti ilə də tanış olmuş, onlara bölgənin turizm imkanları barədə geniş məlumat verilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında