"Heydər Əliyev və insan hüquqları: əqli mülkiyyət, elm və mədəniyyət sahələrində töhfələr" mövzusunda "dəyirmi masa" keçirilmişdir

Mayın 3-də Ombudsman Aparatında Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi ilə birgə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr edilmiş "Heydər Əliyev və insan hüquqları: əqli mülkiyyət, elm və mədəniyyət sahələrində töhfələr" mövzusunda "dəyirmi masa" keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan ombudsman Elmira Süleymanova ulu öndər Heydər Əliyevin Azərbaycanda insan hüquq və azadlıqlarının təmini və müdafiəsi istiqamətində gördüyü işlər barədə ətraflı məlumat vermiş, "İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında" Qanunun qəbul edilməsinin əhəmiyyətini diqqətə çatdırmışdır.
Müəllif Hüquqları Agentliyinin (MHA) sədri, professor Kamran İmanov demişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi ilə bağlı bu nəcib tədbirdə ulu öndərin irsinə bir daha qovuşmaqdan hamımız qürur hissi keçiririk. Heydər Əliyev Azərbaycanın müəllif-hüquq sisteminin yaradıcısı və əqli mülkiyyət sahəsinin inkişafında müstəsna xidmətləri olan şəxsiyyətdir. Ümummilli liderimizin böyüklüyünü, bütün sahələrə aid gördüyü işləri olduğu kimi tam şəkildə şərh etməkdə biz - onun müasirləri acizik və yalnız illər, qərinələr ötəndən sonra zaman özü bu tarixi şəxsiyyətin Vətəni, xalqı qarşısındakı xidmətlərinin əsl qiymətini verəcəkdir. Dövlətçiliyimizin, müstəqilliyimizin mürəkkəb anlarında Heydər Əliyev Azərbaycanı bəlalardan xilas etdi, hüquqi, demokratik dövlət qurdu, elm, ədəbiyyat, incəsənət və hüququn kəsişməsində müəllif-hüquq institutunu yaratdı. Heydər Əliyevin əqli, zəkası və qüdrəti doğma Azərbaycana səadət, firavanlıq gətirmişdir. Bu dahi şəxsiyyətin bütün sahələr kimi - əqli mülkiyyətə, elm və mədəniyyətə verdiyi töhfələr bu gün müasirlərimizin ümumi varidatıdır. Çünki uzaqgörənliyin parlaq ideya və fikirləri zaman getdikcə ictimaiyyətin varidatına çevrilir, ictimai rəyin özülünü təşkil edir.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan inamla gələcəyə gedir, Vətənimiz qüdrətlənir, beynəlxalq aləmdə nüfuzumuz artır. Biz yeni uğur və qələbələrə inanırıq. Qələbəyə inananları isə qələbə gözləyir.
Tədbirdə ombudsman Elmira Süleymanovanın "Azərbaycanda insan hüquq və azadlıqlarının təminatı və müdafiəsi mexanizminin təkmilləşdirilməsində Heydər Əliyevin rolu", MHA-nın sədri Kamran İmanovun "Azərbaycanda müəllif-hüquq institutunun formalaşması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır", Konstitusiya Məhkəməsi sədrinin müavini Sona Salmanovanın "Heydər Əliyev Azərbaycan Respublikası Konstitusiyasının memarıdır", "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədovun "Heydər Əliyev və Azərbaycanda intellektual mədəniyyətin inkişafı" mövzusunda məruzələri dinlənilmişdir. Məruzələr ətrafında çıxış edənlər ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafında misilsiz xidmətlərini diqqətə çatdırmış, ulu öndərin xalqa həsr etdiyi həyatının gənc nəslə örnək olduğunu vurğulamışlar.
AzərTAc

{nl}

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında