3 May Ümumdünya Mətbuat Azadlığı Günü ölkəmizdə də qeyd edildi

Dünən Mətbuat Şurasında 3 May Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı tədbir keçirildi. MŞ-nın sədri Əflatun Amaşov toplantını giriş sözü ilə açaraq bu günün yaranma tarixindən, qeyd olunma ənənələrindən danışdı. O xatırlatdı ki, söz azadlığı gününün keçirilməsi barədə qərar 1991-ci ildə BMT və YUNESKO-nun təşkilatçılığı ilə Namibiyanın Vindhuk şəhərində təşkil olunan azad mətbuatın inkişafına həsr olunmuş beynəlxalq seminarda qərara alınıb. Azərbaycan dövlət müstəqilliyini elan etdikdən sonra Ümumdünya Mətbuat Azadlığı Günü ölkəmizdə də qeyd edilir.
YUNESKO-nun Azərbaycan üzrə Milli Komissiyasının katibi Günay Əfəndiyeva 3 May Beynəlxalq Mətbuat Günü ilə bağlı BMT və YUNESKO rəhbərliyinin birgə bəyanatını diqqətə çatdırdı. Sənəddə deyilir ki, son onillik ərzində dünyada 500-dən çox jurnalist peşə öhdəliklərini yerinə yetirərkən həyatını itirib. Təkcə 2010-cu ildə planetimizdə 60 jurnalist öldürülüb. Hər həftə hədə-qorxu və zorakılıqdan əziyyət çəkən jurnalist və bloqgerlər haqqında yeni xəbərlər gəlir. Lakin fundamental insan hüquqlarının pozulması cavabsız qala bilməz. Bütün dünya liderləri cəzasızlığa qarşı mübarizə aparmaq və jurnalistlərin təhlükəsizliyini qorumaq üçün hər şey etməlidirlər. Biz məlumatlanmaq hüququmuz uğrunda həyatlarından keçən jurnalistlərin cəsurluğunu unutmayacağıq.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu 3 may Beynəlxalq Mətbuat Azadlığı Gününün dünya ölkələrində geniş şəkildə qeyd edildiyini vurğuladı. O, jurnalistlərin ən çox öldürüldüyü ölkələrin İraq, Honduras, Meksika və s. olduğunu söylədi.
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli son illərdə qurumun gördüyü işlərdən danışaraq qeyd etdi ki, 2009 və 2010-cu illərdə dövlət mətbuata yardım kimi, uyğun olaraq, 1,5 və 2 milyon manat pul ayırıb. Təkcə ötən il yazı müsabiqələrində iştirak edib qalib gələn 150 jurnalistin hər birinə 1000 manat məbləğində pul verilib. Bu il isə fondun büdcəsi 2,4 milyon manatdır. Tədbirdə KİV rəhbərlərindən Elçin Şıxlı, Hikmət Babaoğlu, Aydın Quliyev, Yunus Oğuz, Elçin Mirzəbəyli və digərləri çıxış edərək söz azadlığının təmin olunması ilə bağlı reallıqdan danışmışlar.

{nl}

Elçin ABBASOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında