Zərdabda 16 mənzilli bina əlil və şəhid ailələrinə veriləcək

Nəqliyyat Nazirliyi "Azəravtoyolservis" departamentinin Zərdab şəhərində şəhid ailələri və Qarabağ döyüşlərinin əlilləri üçün tikdiyi 16 mənzilli yaşayış binasının ərazisində zəruri rekultivasiya işlərinə başlanmışdır.
Bu yerdə vaxtilə Rayon Kəndkimya Birliyinin anbarı yerləşdiyindən binanın ətrafındakı 5 hektara qədər torpaq sahəsi zəhərli kimyəvi maddələrlə çirklənmişdir və yaşayış üçün təhlükəlidir. Zərdab Rayon İcra Hakimiyyətinin çoxsaylı müraciətlərindən sonra Respublika Nazirlər Kabineti ərazidə lazımi təmizləmə işlərinin aparılması üçün Kənd Təsərrüfatı Nazirliyinə vəsait ayırmışdır. Nazirliyin Dövlət Fitosanitar Nəzarət Xidməti ərazinin zəhərli kimyəvi maddələrdən təmizlənməsi üçün 2009-cu ilin iyun-iyul aylarında müəyyən işlər görsə də rekultivasiya başa çatdırılmamışdır. Bu ilin aprel ayının əvvəlindən kimyəvi maddələrlə sirayətlənmiş torpaq qatının çıxarılması və əraziyə münbit torpağın verilməsinə başlanılmışdır. Zəhərli torpaq Cəngi Pestisid Poliqonuna daşınır. Bu işlər başa çatdıqdan sonra qısa müddətdə ərazidə abadlıq, yaşıllaşdırma və asfalt qoyulması işləri aparılacaq. Zərdab RİH-dən bildirdilər ki, yaxın vaxtlarda bina Qarabağ əlilləri və şəhid ailələrinə veriləcəkdir.
Hazırda rayonda 88 nəfər Qarabağ əlili, 118 şəhid ailəsi var. Son illərdə 15 nəfər Qarabağ əlilinə avtomobil verilmişdir. 20 nəfər isə müalicəyə göndərilmişdir. 2010-cu ildə 13 nəfər Qarabağ əlilinə fərdi yaşayış evi tikilmişdir. 1 nəfərin isə evində son tamamlama işləri görülür.

{nl}

Ziyəddin SULTANOV, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında