Özbəkistanın baş prokuroru Ali Məhkəmədə olmuşdur

Ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının baş prokuroru Rəşitjan Kodirovun başçılıq etdiyi nümayəndə heyəti mayın 3-də Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.
Ali Məhkəmənin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə Ramiz Rzayev Özbəkistan Respublikası baş prokurorunun başçılıq etdiyi nümayəndə heyətini Azərbaycanda salamlamaqdan məmnunluğunu bildirmiş, ənənə və dəyərlərlə bir-birinə yaxın olan hər iki xalqın həmrəyliyi ilə bağlı çoxsaylı nümunələrin olduğunu qeyd etmişdir. Həmçinin Azərbaycan ilə dost Özbəkistanın məhkəmə-hüquq sistemləri arasında əlaqələrinin Müstəqil Dövlətlər Birliyi, eyni zamanda ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etdiyini və genişləndiyini vurğulamışdır.
R.Rzayev, həmçinin respublikamızda məhkəmə-hüquq sahəsində həyata keçirilən tədbirlər, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə qonaqlara ətraflı məlumat vermiş və bildirmişdir ki, Özbəkistan Respublikası baş prokurorunun Azərbaycana səfəri prokurorluq və məhkəmə orqanları arasında əməkdaşlığın inkişafına xidmət edəcəkdir. Dost ölkələrimiz arasında möhkəmlənən faydalı münasibətlər hər iki dövlətin hüquq-mühafizə orqanları arasında əməkdaşlığın yeni perspektivlərini açacaqdır.
Özbəkistanın baş prokuroru Rəşitjan Kodirov son illər məhkəmə sistemində həyata keçirilən tədbirlərin onda xoş təəssürat yaratdığını bildirmişdir. O, ölkəsində həyata keçirilən hüquq islahatlarından və prokurorluğun fəaliyyət dairəsindən söhbət açmışdır. R.Kodirov iki ölkə arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını vurğulamışdır. Bildirmişdir ki, bu əməkdaşlıq bundan sonra da davam etdiriləcəkdir.
Özbəkistanlı qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olmuş, bu tanışlığın onlarda xoş təəssürat yaratdığını bildirmişlər. Məhkəmə tarixi muzeyinə baxan Özbəkistanın baş prokuroru Rəşitjan Kodirov Xatirə kitabına ürək sözlərini yazmışdır.
Görüşün sonunda Ali Məhkəmənin sədri Azərbaycanın prokurorluq və məhkəmə orqanlarına xüsusi maraq göstərdiklərinə və həmçinin əhəmiyyətli görüşə görə Özbəkistanın baş prokuroruna və nümayəndə heyətinin üzvlərinə təşəkkür etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında