Sultan Bin Səid Əl Mansouri: Bakıda gördüyüm inkişaf məni heyran etdi

Bakı gündən-günə inkişaf edir və biz Azərbaycanın gələcəyini çiçəklənən görürük.
Bu sözləri Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri, Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyasının həmsədri Sultan Bin Səid Əl Mansouri bildirmişdir. Nazir demişdir ki, mən iki il bundan əvvəl Azərbaycanda olmuşam. Baxmayaraq ki, Birləşmiş Ərəb Əmirlikləri kimi inkişaf etmiş bir ölkədən gəlirəm, Bakıda gördüyüm inkişaf məni heyran edir. Azərbaycana səfərim ölkələrimiz arasında birgə komissiyanın iclasının keçirilməsi ilə əlaqədardır. Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin başçıları arasında çox gözəl münasibət vardır. Bunun nəticəsində iqtisadi əlaqələrimiz inkişaf edir və bu davamlı olacaqdır. Biz Azərbaycanın gələcəyini xoş görürük və bu ölkə daim inkişaf edəcəkdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında