Mübariz Qurbanlı: "ABŞ-la Azərbaycan arasında münasibətlərin əsasən üç istiqaməti var: iqtisadi, geopolitik və insan haqları, demokratiya məsələləri"

"ABŞ-la Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir". SİA-nın məlumatına görə, bunu yap.org.az saytına açıqlamasında YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib. O, bildirib ki, Azərbaycan bölgədə aparıcı dövlətdir və ölkəmizin iştirakı olmadan Cənubi Qafqazda siyasi, iqtisadi layihələrin həyata keçirilməsi mümkün deyil. Azərbaycanın dünyada iqtisadi mövqeyinin və nüfuzunun artdığını deyən M.Qurbanlı qeyd edib ki, ölkəmizin bölgədəki mövqeyi ilə hər bir dövlət razılaşmalı və buna uyğun siyasətini həyata keçirməlidir.
"Azərbaycan 20 ildir ki, müstəqildir və ötən illər ərzində dövlətimiz Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xətlə Prezident İlham Əliyevin keyfiyyətcə praqmatizmə, hücum diplomatiyasına söykənən yeni siyasi xəttilə çox ciddi uğurlar əldə edib. Xarici siyasətimizdə ABŞ-la əlaqələrimiz vacib yer tutur. ABŞ dövlət və hökumət nümayəndələrinin Azərbaycana səfərləri davamlı xarakter daşıyır. Konqresmenlərin də son səfərində məqsəd Azərbaycan - ABŞ münasibətlərini irəliyə aparmaq, mövcud məsələləri ətraflı müzakirə etmək, eyni zamanda dövlətlərimiz arasında əlaqələrin dünyada və regionda sülh, təhlükəsizlik üçün əhəmiyyətini bir daha vurğulamaqdır. Konqresmenlərdən əvvəl Dövlət Departamentinin nümayəndəsinin Azərbaycanda səfərdə olmasını nəzərə alsaq, bu səfərlər göstərir ki, ABŞ dünyanın aparıcı ölkəsi olaraq Azərbaycanın bölgədəki əhəmiyyətini hər zaman diqqətdə saxlayır və buna adekvat olaraq öz siyasətini həyata keçirir. ABŞ-la Azərbaycan arasında münasibətlər hansısa problemlərə söykənmir. Bizim münasibətlərimizin əsasən üç istiqaməti var. Bunlar iqtisadi, geopolitik və insan haqları, demokratiya məsələləridir. Bu istiqamətlər üzrə də əməkdaşlığımız davam edir", - YAP icra katibinin müavini vurğulayıb.
Mübariz Qurbanlı bildirib ki, Azərbaycanın ABŞ-la münasibətləri üçüncü dövlətə qarşı yönəlməyib. Azərbaycan dövlətinin xarici siyasətində balanslaşdırmanın əsas yer tutduğunu deyən millət vəkili qeyd edib ki, ölkəmiz dövlətlərlə ikitərəfli münasibətlər qurur, bu münasibətlərin üçüncü dövlətə qarşı yönəlməsinə imkan yaratmır. Onun sözlərinə görə, ölkəmizin məqsədlərindən biri Ermənistanın təcavüzkarlığını ifşa etmək və bu təcavüzü tanıyan dövlətlərin sayını artırmaqdır.
"Bəzi müxalifət qəzetlərində konqresmenlərin ölkəmizə səfərinin guya ABŞ-ın Azərbaycana hansısa məsələlərdə təzyiq etmək məqsədi daşıdığı bildirilir. Bu yazılar xülyadır, həqiqəti əks etdirmir. Bütün bunlar müxalifətin mətbəxində hazırlanan dezinformasiyalardır. Azərbaycan müstəqil dövlətdir və hansısa ölkə bizə təzyiq edə bilməz. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti o qədər dəqiq siyasət həyata keçirir ki, burada hansısa ölkənin bu və ya digər formada təzyiq imkanlarına yer qalmır", - YAP icra katibinin müavini deyib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında