Kürdəmirin daha bir kəndində sutəmizləyici qurğu istifadəyə verildi

Kürdəmir rayonunun 4 min nəfər əhalisi olan Yenikənd yaşayış məntəqəsində uzun illərdən bəri davam edən içməli su problemi artıq aradan qaldırılmışdır. Belə ki, respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən burada modul tipli sutəmizləyici qurğu qoyulmuş, kəndin 18 məhəlləsinə bulaq çəkilmişdir.  
Sutəmizləyici qurğunun istifadəyə verilməsi kənddə əsl bayram təntənəsi yaratmışdır. Bu münasibətlə keçirilən mərasimdə rayon rəhbərləri, ziyalılar, kənd sakinləri iştirak etmişlər.
Rayon icra hakimiyyətinin başçısı Fəxrəddin Məlikov Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə respublikamızda, o cümlədən Kürdəmir rayonunda sosial-iqtisadi sahələrdə həyata keçirilən irimiqyaslı layihələrdən, əhalinin sosial problemlərinin həlli, həyat səviyyəsinin yüksəldilməsi məqsədilə görülən işlərdən danışmışdır. Bildirmişdir ki, Aran iqtisadi rayonuna daxil olan Kürdəmirdə ekoloji cəhətdən təmiz içməli su sovetlər birliyi dövründə belə problem olmuşdur. Müstəqillik illərindən sonra ölkəmizdə əldə olunan iqtisadi yüksəliş bu vacib problemin də həllinə imkan yaratmışdır. Xeyli vaxtdır ki, ölkə başçısının tapşırığı ilə bu istiqamətdə ardıcıl işlər görülür. Qəbələ-Bakı su kəməri bu sahədə reallaşdırılan ən iri layihələrdəndir. Rayonun 10 kəndində son illərdə modul tipli sutəmizləyici qurğu istifadəyə verilmiş, nəticədə 20 min nəfərdən çox sakin ekoloji cəhətdən təmiz sudan istifadə etməyə başlamışdır. Bu yaxınlarda daha 3 kənddə - Cəyli, Dəyirmanlı və Mürtülü kəndlərində bu cür qurğular istifadəyə veriləcəkdir. Artıq hər 3 kənddə işlər yekunlaşmaq üzrədir.
Mərasimdə kənd ağsaqqalları, ziyalılar çıxış edərək problemin həllində əməyi olanlara minnətdarlıqlarını bildirmişlər.
Sonda rəmzi qırmızı lent kəsilmiş, qurğu işə salınmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında