Ziyafət Əsgərov: "Ümidvarıq ki, Avropa İttifaqı ilə viza rejiminin sadələşdirilməsinə dair danışıqlar ilin sonuna kimi başlayacaq"

"Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycan üçün çox mühümdür. Ümidvarıq ki, Şərq Tərəfdaşlığı proqramı bu əməkdaşlığı daha yüksək mərhələyə qaldıracaq".
APA-nın məlumatına görə, bu fikirləri Azərbaycanın "EURONEST"də nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov qurumun ilk iclasında çıxışı zamanı deyib.
Ziyafət Əsgərov Avropa İttifaqı ilə dialoqun qurulmasının zəruriliyini vurğulayıb: "Ümid edirəm ki, EURONEST bu sferada gözlənən ümidləri doğruldacaq və Avropa ailəsinə inteqrasiyaya imkan verəcək. Azərbaycan bu il müstəqilliyinin 20 illiyini qeyd edir. Bu 20 il ərzində çox şeyə nail olunub. Azərbaycan öz gələcəyini Avropada görür. Avropa İttifaqı ilə tərəfdaşlıq qarşılıqlı əməkdaşlığa çevrilib. İnsan hüquqları və digər sahələrdə Avropanın yardımını yüksək qiymətləndiririk. Azərbaycan Şərq Tərəfdaşlığı proqramının aktiv iştirakçısı kimi ötən ilin yayında Avropa İttifaqı ilə assosiativ saziş üzrə danışıqlara başlayıb və ümidvarıq ki, bu danışıqlar uğurla başa çatacaq. Həmçinin ümidvarıq ki, ilin sonuna kimi viza rejiminin sadələşdirilməsinə dair danışıqlara başlayacağıq".
Ziyafət Əsgərov yeni yaradılan Parlament Assambleyası çərçivəsində həlli uzadılmış münaqişələrə diqqət yetirilməsinin zəruriliyini vurğulayıb: "Azərbaycan hesab edir ki, EURONEST mövcud münaqişələrin ölkələrin ərazi bütövlüyü çərçivəsində həllinə diqqət ayıracaq. Hesab edirik ki, bu məsələ Avropa İttifaqının əsas maraqlarından biri olmalıdır". Ziyafət Əsgərov Avropa Parlamentinin ötən ilin yazında qətnamə qəbul etdiyini, bu sənəddə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyə çağırıldığını xatırladıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında