Özbəkistanın baş prokuroru Azərbaycanın daxili işlər naziri ilə görüşmüşdür

Mayın 3-də Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizdə səfərdə olan Özbəkistanın baş prokuroru Rəşitjan Kodirovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, nazir müstəqillik illərində Azərbaycanın keçdiyi çətin, lakin şərəfli yol barədə məlumat vermiş, ölkəmizdə əməliyyat şəraitinin və kriminogen durumun nəzarətdə olduğunu bildirmişdir.
Azərbaycan və Özbəkistan arasında bütün sahələrdə əlaqələrin inkişaf etməsindən danışan Ramil Usubov dövlətlərimiz arasında uğurlu əməkdaşlığın təməlinin ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu xatırlatmış, bu əlaqələrin respublikalarımızın ölkə prezidentləri tərəfindən uğurla davam etdirildiyini bildirmişdir. Vurğulanmışdır ki, ölkələrimizin hüquq mühafizə, o cümlədən daxili işlər orqanları arasında faydalı və işgüzar əlaqələr qurulmuş, müxtəlif sazişlər imzalanmış və qarşılıqlı səfərlər təşkil edilmişdir.
Ölkələrimizin daxili işlər orqanları arasında istər ikitərəfli, istərsə də çoxtərəfli formatda əlaqələrin genişləndiyini qonağın diqqətinə çatdıran Ramil Usubov belə uğurlu əməkdaşlığın normativ hüquqi bazasını müxtəlif illərdə cinayətkarlıqla mübarizə sahəsində qarşılıqlı əməkdaşlıq haqqında ölkələrimizin daxili işlər nazirlikləri arasında imzalanmış sazişin, 2010-2012-ci illərdə qarşılıqlı fəaliyyət haqqında protokolun və digər sənədlərin təşkil etdiyini vurğulamışdır. Nazir bu səfərin də ölkələrimizin hüquq mühafizə orqanları arasındakı əməkdaşlığın daha da genişlənməsinə təkan verəcəyinə əminliyini ifadə etmişdir.
Ətraflı məlumata görə təşəkkürünü bildirən Rəşitjan Kodirov ölkəsində həyata keçirilən hüquqi islahatlardan, prokurorluğun bu istiqamətdə gördüyü işlərdən danışmış, Azərbaycanda sabitliyin, əmin-amanlığın nümunəvi təmini, cinayətkarlıqla mübarizə sahəsində qazanılmış uğurlardan məmnunluğunu ifadə etmişdir.
Qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirə olunduğu görüşdə Özbəkistanın Azərbaycandakı səfiri İsmatilla Erqaşev iştirak etmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında