"May Sevincləri" lotereyası sizə may sevincləri yaşadacaq

Aprel ayının əvvəlində AzTV-nin milyonlarla tamaşaçısı canlı yayımda, Sumqayıt şəhər sakini Abbasov Xəlil Adil oğlunun, İmişli rayon sakini Əliyev Bakir Fətulla oğlunun və Naxçıvan sakini Quliyev Yasin Telman oğlunun hər birinə 10000 manat məbləğində uduşun təqdimatının şahidi oldular. Aprel ayının 25-də isə Goranboy rayonu Yolqullar kənd sakini Zeynalov Şəhriyar Alim oğlu və Kürdəmir rayonu Qoçulu kənd sakini Fətullayev Ramil Ramiz oğlunun hər birinə udduqları 10 000 manat təqdim olundu. 
Yeri gəlmişkən, həm Şəhriyarın, həm də Ramilin 22 yaşı var və öz dediklərinə görə, lotereya həvəskarları deyillər və nadir hallarda lotereya bileti alırlar. Bu da bir qismətdir ki, cəmisi iki gündən sonra, aprelin 27-də "Ailə Sevinci" lotereyasının uduş sahiblərinə, o cümlədən, Bakı sakini Kərimov Azər Vaqif oğluna Nissan "Sunny" avtomobili, Cəlilabad rayon sakini Ağayev Zülfüqar Feyruz oğluna 5000 manat, Ağcabədi sakini Məmmədov Vaqif Cahangir oğluna isə 3000 manat təqdim edildi. "Bahar sevincləri" lotereyasının qalibləri - "Hyundai Sonata" avtomobili Şərur rayon sakini Kazımov Vaqif İsgəndər oğluna, "Kia Rio" avtomobili isə Şəmkir rayon sakini Məmmədov Sahib Polad ogluna qismət olmuş, çoxsaylı pul uduşları isə neçə-neçə evə sevinc gətirmişdi.
Artıq qədəm qoyduğumuz may ayında isə lotereya həvəskarlarını əsl sürprizlər gözləyir. Hazırda "Azərlotereya" ASC lotereya həvəskarları üçün yeni bir layihəni həyata keçirir. İndiyəcən keçirilən oyunlardan həm məzmun, həm də formaca fərqlənən "May Sevincləri" layihəsində lotereya biletinin üzərində 1-dən 80-dək (80 daxil olmaqla) 10 müxtəlif nömrə əks olunub. Əsas oyun zamanı lototrondan 22 ədəd şar çıxarılır. Lototrondan çıxmış şarların nömrələri lotereya biletinin üzərində əks olunmuş nömrələrin onu, doqquzu, səkkizi, yeddisi, altısı və beşi ilə uyğun gələrsə, bilet uduşlu sayılır. Nəhayət, torbadan çıxan şarların nömrələri biletin üzərində olan 10 nömrənin heç biri ilə uyğun olmasa belə, həmin bilet uduşlu sayılır. "May Sevincləri" lotereyasında əsas oyundan əvvəl və sonra biletin seriya nömrəsi ilə "Hyundai Sonata" və "Volkswagen Polo" avtomobilləri oynanılır.
Daim axtarışda olan "Azərlotereya" ASC-nin kollektivi yeni layihələri həyata keçirməklə bərabər, ənənəvi lotereyaların təkmilləşdirilməsi, onların daha maraqlı olması istiqamətində də fəaliyyətini davam etdirməkdədir. İlin əvvəlində "Binqo" lotereyasında həyata keçirilən yeniliklər, "Cek Pot", "Meqa Pot", "Binqo Prizi", "Super Binqo" və "Fortuna" kimi iri pul uduşları lotereya həvəskarlarının ürəyincə olmuşdur. Lotereya həvəskarlarının çoxsaylı təkliflərini nəzərə alan "Azərlotereya" ASC tərəfindən, "Mercedes" avtomobilinin dəyəri 45 000 manat hazırkı "Cek Pot"un, "Hyundai Sonata" avtomobilinin dəyəri 23 000 manat isə "Meqa Pot"un üzərinə əlavə edilmişdir və hazırda, "Ailə sevinci" lotereyasında "Cek Pot"un məbləği 68 000 manat, "Meqa Pot"un məbləği isə, nə az - nə çox, düz 118 000 manat təşkil edir.
May ayında, lotereya həvəskarlarını "Binqo" və 5x36 lotereyalarında böyük məbləğli pul uduşları, "Piramida" lotereyasında 40 000 manatlıq "Cek Pot", "Ailə sevinci"ndə 118 000 manat məbləğində "Meqa Pot", "May Sevincləri"ndə isə "Hyundai Sonata", "Volkswagen Polo" avtomobilləri və coxsaylı pul uduşları gözləyir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında