İğdırda Heydər Əliyev adına orta məktəbin rəsmi açılış mərasimi keçirilmişdir

Aprelin 30-da Türkiyənin İğdır şəhərində Heydər Əliyevin adını daşıyan orta məktəbin açılış mərasimi keçirilib. Azərbaycanın Türkiyədəki səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, təhsil naziri Nimət Çubukçu, nəqliyyat naziri Həbib Soluk, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Azərbaycanın Qarsdakı baş konsulu Ayxan Süleymanov, Ədalət və İnkişaf Partiyasının (AKP) İğdırdan olan millət vəkili Əli Günər və ictimaiyyət nümayəndələri iştirak ediblər. 
Açılışda N. Çubukçu, F. Bağırov və R. T. Ərdoğan çıxış ediblər. Tədbirin sonunda F. Bağırov Heydər Əliyev məktəbinin müdiriyyətinə Azərbaycanla bağlı kitablar bağışlayıb.
Səfir bölgəyə səfəri çərçivəsində İğdır valisi Amir Çiçəklə görüş keçirib və Qars şəhərində Heydər Əliyevin adını daşıyan parkı ziyarət edib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında