İslam Konfransı Təşkilatı Komissiyasının 34-cü sessiyasında Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu haqqında qətnamə layihəsi qəbul edilmişdir

Keçən həftə Ciddə şəhərində keçirilmiş İslam Konfransı Təşkilatının (İKT) iqtisadi, mədəni və sosial məsələlər üzrə komissiyasının 34-cü sessiyasında Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu (DƏ İKGF) haqqında qətnamə layihəsi yekdilliklə qəbul olunmuşdur.
DƏ İKGF-nin İstanbul baş qərargahından bildirmişlər ki, bu komissiyanın yüksək rəsmi şəxslər səviyyəsində hər il keçirilən sessiyasında İKT-yə üzv ölkələrinin Xarici İşlər Nazirləri (XİN) Şurasının sessiyasının gündəliyində olan sənədlər müzakirə edilir.
Bu il İKT XİN Şurasının sessiyası iyunun sonunda Qazaxıstanın paytaxtı Astanada keçiriləcəkdir.
DƏ İKGF-nin nümayəndəliyinin rəhbəri, Forumun baş katibi, səfir Elşad İsgəndərov bildirmişdir ki, qətnamənin vacib maddələrindən biri "XX əsrdə İKT-yə üzv ölkələrində humanitar faciələr üzrə Anma günü proqramı" çərçivəsində "Xocalıya ədalət" beynəlxalq kampaniyasına həsr olunmuşdur. Xüsusilə, qətnamə layihəsi dövlət üzvlərini, həmçinin İKT institutlarını Xocalı kütləvi qırğınının insanlıq əleyhinə yönəlmiş cinayət kimi həm milli zəmində, həm də beynəlxalq səviyyədə tanınması istiqamətində öz fəaliyyətlərini gücləndirməyə çağırır.
Bundan əlavə, qətnamə layihəsində BMT-nin Sivilizasiyaların İttifaqı uğrunda Alyansı prosesində gənclərin rolunun gücləndirilməsi sahəsində, xüsusilə DƏ İKGF-nin İKT-nin tərəfdaşı kimi bu il aprelin 9-dan 11-dək Bakıda təsis edilmiş Sivilizasiyaların İttifaqı Uğrunda Qlobal Gənclər Hərəkatının yaradılmasında forumun rolu yüksək qiymətləndirilmişdir.
Sessiyada çıxış edən E.İsgəndərov Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2007-ci ilin noyabrında Bakıda təsis edilmiş hərəkatın davamı olaraq Qlobal Gənclər Hərəkatının əhəmiyyətindən, forumun müsəlman gəncliyin inkişafına yönəlmiş fəaliyyətindən, o cümlədən islamofobiya ilə mübarizədə forumun aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlığından bəhs etmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında