Xidmətdən razı qaldım

Redaksiya poçtundan

Hörmətli redaksiya!
Ömrümün ahıl çağlarını yaşayıram. İxtisasca tikinti mühəndisiyəm, həyatım boyu ölkəmizin tikinti-quruculuq sahəsində çalışmışam. Bəxtimə çətin günlər çox düşüb. 11 yaşım olanda- 1946-cı ildə atam Eyyub Mehdiyev o vaxtlar yaşadığımız Rusiyanın Omsk şəhərində cinayətkarlarla mübarizədə qəhrəmancasına həlak olub. Onun xidmətləri Sovet hökuməti tərəfindən yüksək qiymətləndirilərək bir neçə orden və medala layiq görülüb. Atama görə məni Rusiya Federasiyasının vətəndaşlığına qəbul ediblər. İndi mən doğma Azərbaycanımla bərabər, həm də Rusiyanın vətəndaşıyam.
Həyat yoldaşım da cavan yaşlarında vəzifə borcunu yerinə yetirərkən həlak olub. İki qız övladım var. Onlar ailələri ilə Rusiyada yaşayırlar. Çox sağ olsunlar, məni unutmurlar, tez-tez maddi yardım göndərirlər. O gün yenə pul baratı gəlmişdi. Yaşadığım Xırdalan qəsəbəsindəki "Muğanbank"ın Abşeron filalına getdim. Oradakı təmizlik, səliqə-sahman məni valeh etdi. Çox mehriban qarşıladılar. Mühafizəçi Ceyhun Abdulov nəzakətlə qolumdan tutub əməliyyatçı qızın yanına apardı. O da xoş rəftarla pulumu son qəpiyinədək ödədi.
Sözümün canı bundadır ki, mən çox bankların xidmətindən istifadə etmişəm. Amma "Muğanbank"ın Xırdalandakı filialı qədər heç yerdə belə yüksək xidmət mədəniyyəti görməmişəm. İşçilərin müştərilərlə nəzakətli davranışı məni çox razı saldı. Filialın müdiri Natiq Qasımova minnətdarlıq etmək istəyəndə bildirdi ki, hər bir vətəndaşa yüksək səviyyədə xidmət etmək bizim borcumuzdur. "Muğanbank"ın xidmətindən razı qaldığım üçün burada daimi hesab açdırdım. Sevinirəm ki, respublikamızda müştərilərlə belə yaxşı işləməyi bacaran kollektivlər var.

{nl}

Xalidə MEHDİYEVA, əmək veteranı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında