Azercell manat hesablanması sisteminə keçdi

Azercell Telekom MMC fəaliyyətində yeni bir mərhələyə qədəm qoyur. Şirkət danışıq haqqının hesablanmasında yeni sistemə keçdi. Artıq SimSim abonentlərinin danışıqları konturla deyil, manatla hesablanacaq.
Bununla bağlı keçirilən tədbirdə Azercell Telekom MMC-nin prezidenti Ali Ağan yeni hesablama sisteminin tətbiqinin Azercell üçün böyük önəm daşıdığını vurğuladı. O, dedi: " Abonentlərimizin istək və rahatlığını nəzərə alaraq kontur əsaslı hesablaşmadan manat əsaslı hesablamalara keçid etməyi qərara aldıq. Gərgin çalışmalardan sonra bu sistemin tətbiqinə nail olduq. Ümid edirik ki, yeni ödəmə sistemi abonentlərimiz üçün həm rahat, həm də faydalı olacaq " .
Tədbirdə bildirildi ki, mayın-1-dən etibarən fakturalı və fakturasız xətt abonentləri yeni "Bizimkilər" və "Hər yerə" tarif paketləri arasında seçim edə biləcəklər. Üstünlüklərdən biri odur ki, fakturalı abonentlər üçün bu tariflərdə abunə haqqı yoxdur.
Gənclərə yönəlmiş və yeniləşmiş "GəncSim" tarifi Simsim abonentləri üçün xidmət göstərəcək. Fakturalı xətt abonentləri arasında böyük sayda iş adamlarının olmasını nəzərə alaraq onlar üçün xüsusi yeni "Biznes 200" tarifi təklif edildi. Bu tarifdə 10 manat aylıq abunə haqqı müqabilində hər ay şəbəkə daxilində 200 dəqiqə və 200 SMS hədiyyə veriləcək. "Dövlətcell" və "Mediacell" tarifləri də daha sərfəli olacaq.
Sonda Ali bəy jurnalistlərin çoxsaylı suallarını cavablandırdı.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında