Nəsimi rayonunda iməcilik

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 88 illiyi münasibətilə Nəsimi rayonunda silsilə tədbirlər keçirilir.
Aprel ayının əvvəlində rayon icra hakimiyyəti başçısı Nəsib Məhəməliyevin sərəncamı ilə təsdiq edilmiş tədbirlər planına əsasən geniş abadlıq və yenidənqurma işləri həyata keçirilir. Hər həftənin şənbə və bazar günləri rayonun təhsil, səhiyyə, sənaye müəssisələrinin işçiləri öz ərazilərində keçirdikləri iməciliklərdə təmizlik, abadlıq və yenidənqurma işləri aparırlar.
Eyni zamanda, yaz-yay mövsümünün başlanması ilə əlaqədar Nəsimi rayonu ərazisindəki bağ və parklarda sakinlərin mənalı istirahəti üçün zəruri olan bütün işlər həyata keçirilir. Dünən rayonda keçirilmiş növbəti iməcilikdə genişmiqyaslı abadlıq və quruculuq işləri görülmüşdür. Mövcud yaşıllıqlara qulluq edilmiş, yeni ağac və dekorativ kollar əkilmişdir. İməcilikdə rayonun 1200-dən çox sakini iştirak etmişdir.

{nl}

Ayaz HƏMİDOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında