Binəqədidə gül bayramı

Bakının Binəqədi rayonunda, "Azadlıq prospekti" metro stansiyasının yaxınlığındakı parkda ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 88 illiyi ilə əlaqədar gül bayramı keçirilmişdir. Tədbirdə rayon ərazisində yerləşən təhsil müəssisələrinin kollektivləri iştirak etmiş, uşaqların yaradıcılıq nümunələri göstərilmişdir.
Gül bayramında rayon icra hakimiyyətinin, müəssisə və təşkilatların nümayəndələri əl işlərinə maraqla tamaşa etmişlər.
Tədbirdə çıxış edənlər ulu öndərimiz Heydər Əliyevin ad günü ilə bağlı hər il ənənəvi olaraq gül bayramının keçirildiyini gənc nəslin bu dahi insana sevgisinin təzahürü kimi qiymətləndirmişlər. Bildirmişlər ki, ümummilli liderimiz bütün həyatı boyu məktəbə, təhsilə yüksək qiymət vermiş, diqqət və qayğı göstərmişdir. Məhz xalqımızın bütün təbəqələri kimi, məktəb şagirdləri də bu gün ulu öndərin xatirəsini yad etməyi özlərinin müqəddəs borcu bilirlər.
Natiqlər qeyd etmişlər ki, müdrik rəhbərin təbiətə, gözəlliyə sevgisi, Azərbaycan təbiətini qorumaqla bağlı tövsiyələri bu gün də məhəbbətlə xatırlanır. Ümummilli lider Heydər Əliyevin təbiətlə, gözəlliklə bağlı arzuları, ideyaları onun layiqli davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında uğurla gerçəkləşdirilir.
Xatırladaq ki, parkda təşkil olunmuş əl işləri sərgisi tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır. Məktəblilər öz istedadlarını nümayiş etdirmək üçün ən müxtəlif yaradıcılıq formalarından yararlanaraq naxış vurmaqla, təbii güllərdən bəhrələnməklə zövq oxşayan kompozisiyalar hazırlamışdılar.
Gül bayramında rayondakı 182 nömrəli məktəbin direktoru Zinyət Tağıyeva şagirdlərin hər il olduğu kimi, bu il də bayrama həvəslə hazırlaşdıqlarını vurğuladı. Onun fikrincə, belə bayram tədbiri təkcə ulu öndərin xatirəsinə ehtiram kimi deyil, həm də məktəblilərin qabiliyyətlərinin, istedadlarının üzə çıxarılması baxımından yaddaqalan olur və mühüm əhəmiyyət daşıyır.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında