Tamas Heqedüs: Bizim mövqeyimiz erməniləri razı salmayacaqdır Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həllində Macarıstan Azərbaycanın mövqeyini daim dəstəkləyəcəkdir.

Bu mövqeyimiz Macarıstan parlamentinə təqdim olunan sənəddə də öz əksini tapmışdır. Amma bilirik ki, bizim bu mövqeyimiz erməniləri razı salmayacaqdır. 
Bu sözləri Türk-Macar İş adamları Dərnəyinin təşkilatçılığı ilə Budapeşt şəhərində keçirilən iş adamları, alimlər, mədəniyyət xadimləri və tələbələrin iştirak etdiyi konfransda məruzə ilə çıxış edən Türk-Macar Parlamentlərarası Dostluq Qrupunun sədri Tamas Heqedüs demişdir.
T.Heqedüs keçən həftə üç deputatın imzası ilə parlamentə təqdim edilən sənəddə Dağlıq Qarabağı işğal edən ermənilərin Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməsinin, bir milyon Azərbaycan vətəndaşının öz doğma yurdlarına qayıtmasının əksini tapdığını vurğulamışdır.
T.Heqedüs demişdir: "Biz bu sənədlə parlamentimizdə bu hadisələrə qarşı nümayiş olunan laqeyd münasibətə son qoyduq. Biz macarlar olaraq bildirmək istəyirik ki, bu məsələdə Azərbaycan xalqına hər zaman dəstək olacağıq. Onlar üçün əlimizdən gələni edəcəyik. Bilirik ki, Avropa İttifaqının sədri vəzifəsini yerinə yetirən Macarıstanın bu məsələni öz parlamentində müzakirə etməsi erməniləri də narahat edəcəkdir. Buna baxmayaraq, biz düzgün hesab etdiyimiz mövqeyi nümayiş etdirəcəyik".

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında